Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN xüsusi təhsil məktəbində maarifləndirmə tədbiri keçirib - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 3 nömrəli xüsusi təhsil məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirib...

Bu barədə Poliqon-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən məktəbin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.

Daha sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və digər aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının iştirakı ilə məktəbin arxa giriş qapısının qarşısında ətraf ərazidə yaşayan sakinlər tərəfindən qanunsuz olaraq quraşdırılmış talvar və digər maneələr sökülməklə baş verə biləcək fövqəladə hallar zamanı yanğından mühafizə bölmələrinin çevik və səmərəli fəaliyyətinə mane olan pozuntular aradan qaldırılıb.

Tədbir zamanı qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Sonda məktəbin şagirdlərinə bayram hədiyyələri təqdim edilib.

Poliqon.info


Etiket: FHN


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar