Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Euronews” Qlobal Bakı Forumuna həsr olunmuş xüsusi reportaj hazırlayıb

“Euronews” telekanalında “Focus” verilişinin növbəti buraxılışı efirə çıxıb. Reportaj martın 13-15-də Bakıda keçirilən XII Qlobal Bakı Forumuna həsr olunub...

Poliqon xəbər verir ki, forum haqqında reportaj telekanalın rəsmi saytında dərc edilib.

"XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında vacib qlobal problemlərin müzakirəsi üçün yüksək vəzifəli şəxsləri və siyasətçiləri bir araya gətirdi", - telekanal qeyd edib.

Reportajda göstərilib ki, forumdakı müzakirələr Avropa İttifaqının genişlənməsi, Cənubi Qafqazda regional təhlükəsizlik kimi mövzular ətrafında cəmləşib.

"Liderlər daha sıx beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar. Albaniya öz Avropa istəklərini təsdiqlədi, ekspertlər isə Qərbi Balkanlarda sabitliyin vacibliyini diqqətə çatdırıblar", - “Euronews” qeyd edib.

Telekanal, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibənin kadrlarını təqdim edir ki, burada Azərbaycan lideri Cənubi Qafqaz təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.

“Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq", - telekanal İlham Əliyevlə müsahibədən bir parçanı təqdim edib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay