Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkənd Moskvaya miqrantların hüquqlarını pozmamaqla bağlı çağırışı edib

Özbəkistan XİN rəhbərinin müavini Rusiyada çalışan miqrantlara hörmətlə yanaşılmasını tələb edib...

Poliqon xəbər verir ki, Özbəkistan xarici işlər nazirinin müavini Olimjon Abdullayev Rusiyanın ölkədəki səfiri Aleksey Erxovla görüşündə əmək miqrasiyası məsələlərini müzakirə edib. Bu barədə Rusiyanın Özbəkistandakı səfirliyi məlumat yayıb. Görüşdə əmək miqrasiyası mexanizmlərinin təkmilləşdirilməsi və miqrasiya proseslərinin daha da sistemləşdirilməsi məsələlərinə toxunulub.

Özbəkistan XİN-in açıqlamasına görə, yanvarın 26-da keçirilən görüşdə Rusiyada əmək fəaliyyəti göstərən Özbəkistan vətəndaşlarının hüquq və qanuni maraqlarının qorunmasına xüsusi diqqət yetirilib. Daşkənd tərəfi miqrasiya qanunvericiliyini pozmuş şəxslər də daxil olmaqla, respublika vətəndaşlarının hüquqlarının və insan ləyaqətinin hər hansı formada pozulmasının yolverilməz olduğunu vurğulayıb. Bu mövqenin miqrasiya yoxlamaları və reydlər zamanı da tam şəkildə təmin edilməsinin vacibliyi qeyd olunub.

Özbəkistan XİN bildirib ki, görüş tərəflərin miqrasiya proseslərinin tənzimlənməsi və Rusiya Federasiyasında Özbəkistan vətəndaşlarının qanuni əmək fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş praqmatik və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirmək niyyətini təsdiqləyib.

Xatırladaq ki, yanvarın 24-də Baza Telegram kanalı Sankt-Peterburq və Leninqrad vilayətində hüquq-mühafizə orqanlarının “Perekrestok” mağazalar şəbəkəsində miqrasiya qanunvericiliyinin pozulmasını aşkarlamaq məqsədilə genişmiqyaslı reydlər keçirdiyini yazıb. Jurnalistlərin məlumatına görə, reydlər zamanı təxminən 600 nəfər saxlanılıb. Rəsmi açıqlamalarda reydlərin səbəbi Rusiya ərazisində miqrantların qalmasını tənzimləyən qanunvericiliyin icrasının yoxlanılması kimi göstərilib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay