Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Xalq Bankı 456 milyard dollarlıq likvidlik çatışmazlığını aradan qaldırmağa çalışır

Tənzimləyici Ay təqvimi ilə Yeni il ərəfəsində bank sisteminə iri həcmdə vəsait yönəldir...

Poliqon xəbər verir ki, Çin Xalq Bankı Ay təqvimi ilə Yeni il bayramları ərəfəsində bank sektorunda artan nağd pul tələbatını qarşılamaq üçün pul təklifini genişləndirir. Bloomberg-in hesablamalarına görə, həyata keçirilən tədbirlər nəticəsində təxminən 3,2 trilyon yuan (456 milyard dollar) həcmində likvidlik çatışmazlığının aradan qaldırılması mümkün olacaq.

Məlumata görə, ötən həftənin sonunda Çin Xalq Bankı 14 günlük geri alım (repo) əməliyyatları çərçivəsində bank sisteminə ümumilikdə 600 milyard yuan (86,4 milyard dollar) həcmində vəsait daxil edib. “Industrial Securities” şirkəti proqnozlaşdırır ki, bayramlar başlamazdan əvvəl tənzimləyici oxşar alətlər vasitəsilə əlavə olaraq 3,5 trilyon yuana qədər vəsait cəlb edə bilər.

Analitiklər bildirirlər ki, bayram xərcləri, dövlət istiqrazlarının kütləvi buraxılışı və korporativ sektorun yuan tələbinin artması bank sistemindən vəsait axınına səbəb olur. Bu amillər maliyyə qurumlarında likvidlik təzyiqini gücləndirir və Mərkəzi Bankın müdaxiləsini zəruri edir.

Yanvar ayında Çin Xalq Bankı istiqraz alışlarının həcmini iki dəfə artıraraq bank sisteminə rekord səviyyədə – 1 trilyon yuan məbləğində orta və uzunmüddətli vəsait əlavə edib. Likvidliyə olan təzyiqin bir hissəsi isə əhalinin davranışı ilə əlaqələndirilir. “Huaxi Securities” analitiklərinin gözləntilərinə görə, bayram səfərləri və Ay Yeni ili zamanı qırmızı zərflərdə nağd pul hədiyyə etmək ənənəsi səbəbindən təxminən 900 milyard yuan həcmində likvidlik bank sistemindən kənara çıxa bilər.

Bununla yanaşı, yanvar ayında Çin Xalq Bankı banklar üçün birillik kreditlər üzrə faiz dərəcəsini rekord dərəcədə aşağı – 1,5 faizə endirib. Bu addım iqtisadi aktivliyi dəstəkləmək və maliyyə bazarlarında sabitliyi qorumaq məqsədi daşıyır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay