Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında çıxış edib

21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində təşkil olunan fövqəladə iclasda iştirak və çıxış edib...

XİN-dən Poliqon-a verilən məlumata görə çıxışda İsrail-İran qarşıdurması nəticəsində Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin kəskin şəkildə dəyişməsinin narahatlıq doğurduğu, mülki insanların həyatını, habelə regional və beynəlxalq sabitliyi təhdid edən vəziyyətin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Sıx etnik və mədəni bağlarımızın, beynəlxalq hüququn normalarına, xüsusilə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanan qonşuluq əlaqələrimizin mövcud olduğu İran ərazisində mülki və nüvə infrastrukturuna dəyən ziyanın regional miqyasda mülki əhaliyə və ətraf mühitə ciddi təhlükə yaratması baxımından xüsusi narahatlıq mənbəyi olduğu bildirilib.

Mövcud vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb.

Çıxışda, münaqişə və böhranlarla əhatə olunmuş bölgədə uzun sürən növbəti silahlı qarşıdurmanın qarşısının alınmasına, bütün hərbi əməliyyatların dərhal dayandırılması və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan diplomatik prosesin bərpasına çağırış edilib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay