Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb

Təlim uçuşu zamanı AH-1S Cobra helikopterinin qəzaya düşməsi iki hərbçinin ölümü ilə nəticələnib...

Poliqon xəbər verir ki, Cənubi Koreyada təlim uçuşu həyata keçirən AH-1S Cobra tipli hərbi helikopter qəzaya uğrayıb. Yonhap Agentliyinin məlumatına görə, hadisə nəticəsində helikopterin ekipajında olan iki hərbi qulluqçu həlak olub.

Qəza Seuldan təxminən 55 kilometr şimal-şərqdə yerləşən Kapxen (Gapyeong) qəzasında baş verib. 15-ci aviasiya qrupuna məxsus döyüş helikopteri yerli vaxtla saat 09:45-də havaya qalxıb və saat 11:04-də naməlum səbəbdən yerə çırpılıb.

Helikopterdə olan iki hərbçi ağır vəziyyətdə yaxınlıqdakı Poçon və Namyanju şəhərlərinin xəstəxanalarına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Rəsmi qurumların açıqlamasına əsasən, qəza zamanı yanğın və ya partlayış qeydə alınmayıb, bu da texniki nasazlıq və ya uçuş zamanı yaranmış digər problemlər ehtimalını gündəmə gətirir. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün hərbi və mülki mütəxəssislərin iştirakı ilə araşdırmaya başlanılıb.

Qeyd edək ki, AH-1S Cobra helikopterləri Cənubi Koreya ordusunda əsasən taktiki dəstək və təlim məqsədləri üçün istifadə olunur.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay