Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur?” - Rəsmi cavab

Tarixçi alim, tərcüməçi Abbasqulu ağa Bakıxanovun Qubanın Amsar kəndində yerləşən ev-muzeyi yararsız vəziyyətdədir...

Poliqon xəbər verir ki, bu barədə Xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkə hesabında paylaşım edib. 

Onun sözlərinə görə muzeydə isitmə sistemi belə yoxdur: "Mikayıl Müşfiqin Xızı yolundakı muzeyi kimi, Bakıxanovun dağılmaqda olan, adına layiq olmayan ev-muzeyi də ürəyimi kədər və təəssüflə doldurdu. Doğrudanmı Quba rayonunun Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur? Doğrudanmı Mədəniyyət Nazirliyimizin əlaqədar əməkdaşlarının ev-muzeyləri yaratmaq təcrübəsi və fəlsəfəsi bu qədər bəsitdir? İsidilməyən binanın şaxtasında titrəyə-titrəyə bizə məlumat verən işçilərin dediyinə görə, muzeyə gələn çoxdur. Bu muzey Bakıxanov və onun mühiti haqqında nə verə, hansı təəssüratı yarada bilər?"

 
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Qafqazinfo.az-a bildirilib ki, qurum muzeyin mövcud vəziyyəti barədə məlumatlıdır: "Bakıxanovlar nəslinin nümayəndələri tərəfindən də qeyd olunan problemə dair nazirliyə müraciətlər olunub. Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq muzeylərin cari və əsaslı təmiri, ekspozisiyasının bədii tərtibatı, maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bakıxanovun ev-muzeyində təmir-bərpa işlərinin aparılması, o cümlədən muzey ekspozisiyasının müasir standartlara uyğun yenidən qurulması məsələsinə regionlarda muzey müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey işinin təşkili istiqamətində aparılan islahatlar çərçivəsində baxılacaq". 

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar