Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?

Hikmət Hüseynov başda Fəxrəddin Qəhrəmanov olmaqla, ətrafındakı bir neçə nəfərin əməkhaqqını 7-8 dəfə artırıb...

Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də rəhbərlik dəyişikliyindən sonra həyata keçirilən kadr islahatları və bir sıra qərarlar ciddi müzakirələrə yol açıb. Quruma Hikmət Hüseynov direktor təyin edildikdən sonra təşkilatda genişmiqyaslı struktur dəyişikliklərinə start verildiyi bildirilir.

Məlumatlara görə, yeni rəhbərlik əvvəlki direktor Fəda Abbasovun dövründə çalışan bir sıra əməkdaşlarla əmək münasibətlərinə xitam verib. Lakin iddialara görə, bu “təmizləmə” prosesi heç də bütün əməkdaşları əhatə etməyib.

Qurum daxilindən sızan məlumatlarda Fəxrəddin Qəhrəmanovun adı xüsusilə vurğulanır. Bildirilir ki, o, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun vaxtilə hərbi xidmətdə komandiri olub və sonradan nazirliyin sistemində fəaliyyətə başlayıb.

İddialara görə, hazırda “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin yeni direktoru nazirin sabiq komandiri Fəxrəddin Qəhrəmanovu özünün əsas himayədarı kimi görür. Bu səbəbdən də MMC-nin əslində Hikmət Hüseynov və Fəxrəddin Qəhrəmanov tərəfindən müştərək idarə olunduğu qeyd edilir.

Digər bir sensasiyalı iddia isə texniki təminatla bağlıdır. Məlumata görə, Fəxrəddin Qəhrəmanov MMC-nin balansındakı texnikalara cavabdeh şəxsdir. Lakin hazırda qurumun texnikalarının 90 faizinin nasaz olduğu bildirilir. Buna baxmayaraq, Fəxrəddin Qəhrəmanov və komandasının işləməyən texnikaların adına yanacaq, sürtkü yağları və ehtiyat hissələri yazdıraraq dövlət vəsaitlərini mənimsədiyi iddia olunur.

Həmçinin bildirilir ki, Hikmət Hüseynov başda Fəxrəddin Qəhrəmanov olmaqla, ətrafındakı bir neçə nəfərin əməkhaqqını 7-8 dəfə artırıb. Eyni zamanda, seçilmiş müəyyən əməkdaşlara külli miqdarda əlavə pul mükafatlarının verildiyi də gələn xəbərlər sırasındadır. (Yenicağ.az)

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar