Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ararat Mirzoyan: Ermənistan vətəndaşları Azərbaycan benzini almaq üçün növbəyə dayanır...

Rəsmi İrəvan Bakı ilə birbaşa ticarət imkanlarını müzakirə etdiyini açıqlayıb...

Poliqon xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin İctimai Televiziyasının efirində çıxışı zamanı Ermənistanın Azərbaycanla birbaşa ticarət məsələsini müzakirə etdiyini bildirib. Nazir qeyd edib ki, xüsusilə Azərbaycan istehsalı olan benzinin alınması Ermənistan vətəndaşları üçün faydalıdır.

Mirzoyanın sözlərinə görə, bəzi dairələr tərəfindən Azərbaycan məhsullarının boykotuna çağırışlar edilsə də, reallıq bunun əksini göstərir.

“Boykot çağırışlarını görmüşəm, amma eyni zamanda öyrəndim ki, Azərbaycan benzini almaq üçün növbələr də var”, deyə nazir vurğulayıb.

Ermənistan XİN rəhbəri bildirib ki, bu fakt iqtisadi baxımdan daha sərfəli alternativlərin və bazar mexanizmlərinin vətəndaşların gündəlik seçimlərinə təsir etdiyini göstərir. Onun fikrincə, regionda iqtisadi əlaqələrin qurulması və ticarətin genişlənməsi sıravi insanların maraqlarına xidmət edə bilər.

Mirzoyanın bu açıqlaması Ermənistan cəmiyyətində və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, bu cür bəyanatlar Bakı–İrəvan münasibətlərində iqtisadi gündəliyin tədricən ön plana çıxmasına işarə edir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay