Robototexnika sahəsində inqilabi yeniliklər davam edir. Bu dəfə alimlər əvvəllər gözlənilməz bir istiqamətdə irəliləyiş əldə ediblər...
Harvard Universitetindən olan tədqiqatçılar robotların enerji mənbəyi kimi spirtli içkilərdən istifadə edə biləcəyini nümayiş etdiriblər. Bu kiçik robotlar gölməçələrdə böcəklərin üzmə üsulundan ilhamlanaraq sənaye tapşırıqlarını yerinə yetirə bilirlər.
Poliqon bu barədə Interesting "Engineering" jurnalına istinadən xəbər verir.
Harvard Universitetindən Cekson Vilt və komandası robotların yaradılması üçün 3D printerdən istifadə edərək diametri təxminən 1 sm olan dairəvi plastik kapsullar hazırlayıb. Bu kapsullar "Marangoni effekti" adlanan prinsipdən istifadə edir.
Robotların əsas özəlliklərindən biri onların içərisində üzmə qabiliyyəti üçün hava kamerası və kiçik yanacaq çəni olmasıdır. Yanacaq çənində 10-50% konsentrasiyasında spirt saxlanılır. Alimlərin sözlərinə görə, spirtin suya nisbətən daha aşağı səthi gərginliyi var və bu, robotların hərəkətinə kömək edir.
Spirt kapsuladan yavaş-yavaş axaraq robotu suyun səthi boyunca irəli hərəkət etdirir. Alimlər spirtin sabunla müqayisədə daha üstün olduğunu vurğulayır, çünki sabun suyu çirkləndirir. Bundan əlavə, spirt buxarlandığı üçün "Marangoni effekti"nə mane olmur.
Araşdırmalar göstərib ki, daha güclü alkoqollu içkilər daha yaxşı nəticələr verir. Məsələn, zəif çəkim qüvvəsi pivə ilə müşahidə olunub, lakin araq və absent kimi güclü içkilər daha yaxşı sürət təmin edib. Robotlar maksimal sürətdə saniyədə 6 sm hərəkət edə biliblər.
Poliqon.info