NYT: Oğurlanan sənədlərdə şahidlərin kimliyini də əhatə edən gizli məlumatlar ələ keçirilə bilər...
Poliqon xəbər verir ki, ABŞ-də araşdırmaçılar yaxınlarda ölkənin məhkəmə sisteminə edilən kiberhücumda Rusiyanın izlərini aşkarlayıblar. “The New York Times” qəzetinin istintaqa yaxın mənbələrə istinadən yaydığı məlumata görə, 4 iyulda baş verən hücum nəticəsində məhkəmələrin konfidensial məlumatları, o cümlədən şahidlərin kimliyi ifşa edilə bilər.
Məlumata əsasən, hücum zamanı aparılan bəzi axtarışlar Nyu-York və digər yurisdiksiyalarda aparılan cinayət işləri ilə bağlı olub. Bu işlərin fiqurantları arasında “rus və şərqi avropa” soyadlı şəxslər də var.
Məhkəmə sistemi administratorları ABŞ Ədliyyə Nazirliyinin rəsmilərinə bildiriblər ki, “davamlı və mürəkkəb kiberhədəfi iştirakçıları” qapalı qeydləri sındırıblar. Rəsmilərə ən məxfi sənədləri sistemdən silmək tövsiyə olunub.
İlkin ehtimallara görə, hədəf xarici əlaqəli cinayət fəaliyyəti ilə bağlı sənədlər olub və ən azı səkkiz dairə məhkəməsinin işləri bundan təsirlənib. Hadisədən bir ay əvvəl ölkə üzrə baş hakimlərə bu cür işlərin açıq bazadan çıxarılması barədə gizli xəbərdarlıq göndərilmişdi.
Poliqon.info