Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-də dronlardan yerə "iPhone"lar atılacaq

Dünyanın ən böyük pərakəndə satış şirkətlərindən biri olan ABŞ-nin "Amazon" korporasiyası dronlardan istifadə etməklə malların çatdırılmasına icazə alıb...

Oxu.Az-ın xəbərinə görə, bu barədə şirkətin bloqunda məlumat verilib.

"Amazon"dan bildirildiyinə görə, bununla bağlı icazəni ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) verib.

Məlumata görə, çatdırılmalarla korporasiyanın "Prime Air" bölməsi məşğul olacaq. Şirkət sifarişin qeydə alınmasından sonra 60 dəqiqə ərzində malları hava yolu ilə çatdıracağına söz verib.

Bloqda qeyd edilib ki, FAA bəzi texniki avadanlıqların - "iPhone" və "Samsung Galaxy" smartfonlarının, "AirPods" qulaqlıqları, "Ring" qapı zəngləri və "Alpha Grillers Instant Read" qida termometrlərinin çatdırılmasına başlanması üçün icazə verib. Gələcəkdə icazə verilən məhsulların siyahısı genişləndiriləcək.

"Amazon" bildirib ki, "MK30" dronları çatdırılma məntəqəsinin yanına uçacaq və yerdən 4 metr hündürlükdə qalaraq bağlamanı yerə atacaq.

"Prime Air" mütəxəssisləri izah ediblər ki, bu hündürlük həm müştərilərin, həm də malların təhlükəsizliyini təmin etmək üçün optimaldır. "Amazon" çəkisi 5 funt və ya 2.27 kiloqramdan çox olmayan malları çatdırılma üçün qəbul edəcək.

"MK30" çatdırılma dronları öz marşrutunu müstəqil şəkildə planlaşdıra və şərtlərə diqqət yetirərək malların yerə atılması nöqtəsini seçə biləcəklər. Nümunə olaraq, mühəndislər peyk xəritələrindən düz bir səthə bənzəyən üzgüçülük hovuzunu göstəriblər, lakin dron mallara zərər verməmək üçün bağlamanı oraya atmayacaq. Həmçinin dronlar pis hava şəraitində çatdırılma həyata keçirməyəcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay