Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3 il tibbi fəaliyyəti qadağan olsa da, Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?

Bakıda estetik əməliyyat zamanı ölümə səbəb olmaqda ittiham edilən “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasova ilə bağlı məhkəmə prosesi yenidən gündəmə gəlib...

Poliqon bizimesr.az portalına istinadən xəbər verir ki, bir müddət əvvəl iş üzrə kassasiya şikayəti və protestinə Ali Məhkəmədə baxılıb. Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının kassasiya protesti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunaraq iş yenidən baxılması üçün geri qaytarılıb.

Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ülviyyə İlyasova 3 il müddətinə səhiyyə sahəsində xüsusi ixtisas tələb edən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay azadlıqdan məhrum edilmişdi. Həmçinin onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarılmışdı. Daha sonra Bakı Apellyasiya Məhkəməsi hökmü qismən dəyişsə də, təyin edilmiş cəzanı qüvvədə saxlamışdı.

Cinayət işi ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın ölüm faktı üzrə başlanıb. İstintaqla müəyyən olunub ki, Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı olan Səbirə Vəliyevaya liposaksiya əməliyyatı edib. Daha sonra pasiyenti tibbi nəzarətdən kənar şəkildə yaşadığı evə aparıb. Nəticədə qadın növbəti gün kəskin qanaxmadan həyatını itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan olunub.

Bununla yanaşı, Ülviyyə İlyasovanın adı daha əvvəl də oxşar qalmaqallı hadisədə hallanıb. Belə ki, onun qanunsuz tibbi fəaliyyət göstərməsi nəticəsində vətəndaş Mila Əlibəyovanın səhhətinə zərər vurulması faktı üzrə də cinayət işi başlanaraq məhkəməyə göndərilmişdi. İstintaq zamanı məlum olmuşdu ki, İlyasova tibbi təhsili və müvafiq lisenziyası olmadan müxtəlif ünvanlarda liposaksiya və digər estetik əməliyyatlar həyata keçirib. Bu əməliyyatlar nəticəsində pasiyentin sağlamlığına ciddi ziyan dəyib.

Həmin iş üzrə də Ülviyyə İlyasova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin onun barəsində həbs qətimkan tədbiri seçilməmiş, məhkəmə tərəfindən başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmişdi.

Diqqət çəkən məqam isə ondan ibarətdir ki, bütün bu məhkəmə qərarlarına və ittihamlara baxmayaraq, Ülviyyə İlyasovanın fəaliyyətini davam etdirdiyi iddia olunur.

Bizimesr.az-a daxil olan məlumata görə, o, hazırda “Sabina” adı ilə “Davinçi Estetik Klinika”sında fəaliyyət göstərir. Məsələ ilə bağlı klinikadan münasibət öyrənmək cəhdləri isə nəticəsiz qaldı.

Maraqlıdır ki, məhkəmə qərarları və fəaliyyət qadağaları fonunda belə şəxslər necə fəaliyyətini davam etdirə bilir və buna kim nəzarət edir? Mövzu ilə bağlı araşdırmalar davam edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar