Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski ukraynalıların etimad reytinqində Zalujnı, Usik və Budanovdan geri qalıb

Sorğuya əsasən, ölkə başçısı 49 faiz göstərici ilə dördüncü pillədə qərarlaşıb...

Poliqon xəbər verir ki, Ukraynanın Strana.ua nəşri beynəlxalq Ipsos şirkətinin fevral ayında apardığı araşdırmaya istinadən ölkədə etimad reytinqinin nəticələrini yayıb. Sorğunun nəticələrinə görə, Ukrayna prezidenti Volodimir Zelenski vətəndaşların etimad səviyyəsinə görə yalnız dördüncü yeri tutub.

Araşdırmaya əsasən, ukraynalıların ən çox etimad göstərdiyi şəxs Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsini icra edən Valeri Zalujnı olub. O, respondentlərin 63 faizi tərəfindən dəstəklənərək reytinqdə birinci yerə yüksəlib.

İkinci pillədə dünya şöhrətli ukraynalı boksçu Aleksandr Usik qərarlaşıb. Sorğuda iştirak edənlərin 56 faizi ona etimad etdiyini bildirib.

İlk üçlüyü isə Prezident Ofisinin rəhbəri Kirill Budanov tamamlayıb. O, 55 faiz etimad göstəricisi ilə üçüncü yeri tutub. Zelenski isə 49 faiz nəticə ilə birbaşa onun ardınca dördüncü sırada yer alıb.

Nəşrin məlumatına görə, sorğu fevral ayında keçirilib və müxtəlif yaş və sosial qrupları əhatə edib. Analitiklər qeyd edirlər ki, nəticələr Ukraynada siyasi və hərbi liderlərə münasibətdə formalaşan ictimai rəyin dinamikasını əks etdirir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay