Rusiya Təhlükəsizlik Şurasının katibi Qərbi ittiham edib və Moskvanın Kabulla əməkdaşlığa açıq olduğunu bildirib...
Poliqon xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rossiyskaya qazeta” üçün yazdığı məqalədə Qərb ölkələrinin Əfqanıstanın inkişafını əngəllədiyini bildirib. O, Moskvanın isə ölkədə sabitliyin təmin olunması üçün “Taliban”a dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Şoyqu qeyd edib ki, Rusiya Kabulla güc strukturları xətti ilə antiterror və narkotiklərlə mübarizə sahəsində əməkdaşlıq qurmağa hazırdır.
Xatırladaq ki, “Taliban” 2003-cü ildən Rusiyada qadağan olunmuş təşkilatlar siyahısında idi. Lakin 2024-cü ilin mayında prezident Vladimir Putin hərəkatın Əfqanıstanda faktiki hakimiyyət olduğunu bəyan edərək, onlarla təmasların vacibliyini bildirmişdi. İyul ayında isə Putin “Taliban”ı Rusiyanın terrorizmə qarşı mübarizədə müttəfiqi adlandırmışdı. Bu ilin mayında isə təşkilatın Rusiyada fəaliyyətinə qoyulan qadağa rəsmi şəkildə dayandırılıb.
Poliqon.info