Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib...

Poliqon-un xəbərinə görə, məlumatda qeyd edilib ki, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-stabit keçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçinin mövsümi qrip hallarının artması müşahidə edilə bilər.

"Bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi səbəbindən, növbəti həftələrdə bayram şənliklərinin və digər kütləvi tədbirlərin təşkil olunması gözləniləndir.

Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oruc tutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayət olunur. Belə ki, iftar zamanı həddən artıq qida qəbulu və ya müxtəlif qidaların eyni zamanda və ya ard-arda qəbul edilməsi insan orqanizminə öz təsirini göstərir.

Ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları daxil etməyi tövsiyə edir. Eyni zamanda, yaz mövsümünda havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin fəsil və hava şəraitinə uyğunlaşdırılması məsləhətdir.

Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları qorumalıdır", - məlumatda bildirilib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay