Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: Qarabağ bizim deyildi, bizim olmayıb - Video

Nikol Paşinyanın son çıxışı Ermənistan ictimaiyyətində geniş rezonans doğurub...

Poliqon xəbər verir ki, baş nazir çıxışında Qarabağ mövzusu ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. Paşinyan bəzi dairələrin "torpaq itirmişik" iddialarına münasibət bildirərək həmin ərazilərin həqiqətən necə "özlərininki" hesab olunduğunu sual edib.

O, çıxışında bölgədə real həyatın və inkişafın olub-olmamasını qabardaraq məktəblərin, bağçaların, zavodların tikilmədiyini, insanların orada geniş şəkildə məskunlaşmadığını vurğulayıb. Paşinyan bu arqumentlərlə həmin ərazilərin "bizim olmayıb" fikrini səsləndirib:

"Deyirlər ki, biz torpaq (Qarabağ) itirmişik. Bu torpaq necə bizim idi? Zəhmət olmasa, izah edin, necə bizim idi? Ölənlərin arxasınca danışmaq istəmirəm, amma deyək ki, orada buğda əkən bir neçə generalın nəzarəti altında olan torpaq bizim sayılır? İzah edin də necə bizim ola bilər?
Biz orda məktəb tikdikmi, uşaq bağçası tikdikmi, zavod tikdikmi, orada yaşadıqmı, qəsəbə... necə bizim idi axı? O bizim deyildi. Bizim olmayıb".

Baş nazirin açıqlamaları erməni sosial media seqmentində və yerli ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Bir qrup istifadəçi onun fikirlərini dəstəkləsə də, digərləri bu çıxışı sərt şəkildə tənqid ediblər.

Səsləndirilən fikirlər qısa zamanda regionla bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay