Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputat Əmrullayevin kadr siyasətini sərt tənqid edib: Sənan Mənsimli təhsilin əlifbasını da bilmir...

Elm və təhsil naziri hörmətli Emin Əmrullayevin yanında oturan Qarabağ Regional Təhsil İdarəsinin müdiri Mənsimli Sənan Famil oğlu Azərbaycan Texnologiya Universitetinin Telekommunikasiya fakultəsinin “Rabitə qovşaqları və Kommunikasiya sistemləri” ixtisası üzrə məzunudur. Emin müəllimin yaxın dostudur. Orta təhsilin əlifbasını belə bilmir.

Polioqn xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev yazıb. O bildirib ki, bu şəxs valideynlərə, müəllimlərə divan tutub.

“Emin müəllim onu əvvəlcə 13 saylı ərazi maliyyə hesablaşma mərkəzinə direktor qoyub. Hesabı yaxşı bildiyindən S.Mənsimli 2022-ci ildə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Valideyinə, müəllimlərə divan tutduğuna görə yerini təzədən dəyişib… Yəni indiki vəzifəyə gətirib.

Orta təhsilin əlifbasını belə bilmir. “AzGranata”dan, “Şəkər zavodu”ndan, “Bakı Dəniz Limanı”ndan nazirliyə yüksək vəzifələrə dostların təyinatı olursa, onda “rabitəçi” niyə olmasın?

Xocalı soyqırımı zamanı Fatma Zeynalova 27 gün ailəsi ilə birlikdə erməni əsirliyində olmuş və əsirlikdə olan zaman azyaşlı övladlarının gözü qarşısında həyat yoldaşı güllələnərək şəhid olmuşdur. Fatma Zamanova Sənan haqqında Emin Əmrullayevə ünvanladığı məktubdan belə bir cümlə yazmışdı: “Qalmışıq bu Allahsızın əlində…”

Əziz bacım Fatma xanım, Allahsız Sənan deyil e, Sənanı ora təyin edəndir”, deyə Etibar Əliyev yazıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay