Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN: Brüssel gec-tez İrəvandan anti-Rusiya kursu tələb edəcək...

Aİ rəhbərliyi Ermənistanın Avropa inteqrasiyası yolunda ondan tam siyasi həmrəylik, o cümlədən Brüsselin anti-Rusiya xəttinə qoşulmağı istəyəcək...

Poliqon xəbər verir ki, bunu TASS Agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov deyib. Onun sözlərinə görə, müəyyən mərhələdə Brüssel istənilən namizəd ölkədən öz xarici siyasət xətti ilə tam solidarlıq tələb etməyə başlayır və hazırkı şəraitdə bu xətt açıq şəkildə anti-Rusiya xarakteri daşıyır. Diplomat Ermənistanın Aİ-yə inteqrasiya planlarını şərh edərək bildirib ki, Brüsselin bütün tələblərinin yerinə yetirilməsi belə, üzvlüyə zəmanət vermir.

Maslennikov qeyd edib ki, Qərbi Balkan ölkələrinin təcrübəsi bunu aydın göstərir: Albaniya 2000-ci ildən, Şimali Makedoniya 2004-cü ildən, Monteneqro 2008-ci ildən, Serbiya isə 2009-cu ildən Aİ-yə üzvlük növbəsindədir. Onun sözlərinə görə, bu ölkələr uzun illərdir avrobürokratiyanın sərt və çox vaxt əhali üçün son dərəcə qeyri-populyar tələblərini yerinə yetirsələr də, hələ də “Avropa arzusu”nun reallaşmasına yaxınlaşmayıblar.

Rusiya XİN rəsmisi əlavə edib ki, Aİ-yə üzvlük, xüsusən də indiki vəziyyəti nəzərə alındıqda, namizəd ölkələr üçün avtomatik rifah demək deyil. O, Baltikyanı ölkələrin nümunəsini xatırladaraq vurğulayıb ki, bu dövlətlər Aİ-də 20 illik üzvlüyü qeyd etsələr də, onların iqtisadi göstəriciləri və demoqrafik vəziyyəti yumşaq desək, gözləntiləri doğrultmur.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay