Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanunsuz estetik əməliyyat edən “Dr Gülü” haqqında nə zaman tədbir görüləcək? - Video

Səhiyyə Nazirliyinin Baş Prokurorluğa şikayətimə baxmayaraq qanunsuz estetik əməliyyatlar edən Gülbadə Abdullayevanı kimlər himayə edir?..

Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində adı olmayan və özünü “Dr Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva adlı xanım yenidən qanunsuz fəaliyyətini bərpa edib.

AzFakt.com xəbər verir ki, Gülbadə Abdullayeva Binəqədi rayon 7-ci mikrarayon Bakı-Qars küçəsində (keçmiş Azərbaycan Beynəlxalq Univeristeti) ilə üzbəüz binanın altında gizli icarəyə obyekt götürərək liposaksiya bədən şəkilləndirmə əməliyyatı ilə məşğuldur. Məlumata görə Gülbadə Abdullayevanın qanunsuz fəaliyyətində şəriki Fatima adlı bir xanımdır. 

Bildirək ki, Gülbadə Abdullayeva bir müddət öncə estetik əməliyyat zamanı xəstənin başının üstündə rəqsi ilə gündəmə gəlmişdi.

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə Gülbadə Əliqismət qızı Abdullayevanın adı nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.

Tibbi fəaliyyət göstərmək səlahiyyəti olmamasına baxmayaraq, Gülbadə Abdullayeva qanunları heçə sayaraq, yenidən gizli şəkildə liposaksiya bədən şəkilləndirmə əməliyyatı ilə məşğul olur. Tik-tok sosial şəbəkəsində canlı yayımlar açan Gülbadə Abdullayevanın şərikləri açıq şəkildə bədən şəkilləndirmə əməliyyatı apardıqlarını etiraf edirlər. Ümumi bədənşəkilləndirmə əməliyatının (pop transfer) 1500 manat, buxax əməliyyatının isə 250 manat qiyməti var.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Gülbadə Abdullayevanın (Dr Gülü) qanunsuz fəaliyyəti ilə bağlı Baş Prokurorluğa şikayət edib. Tibbi fəaliyyət göstərmək səlahiyyəti olmadığı üçün haqqında Baş Prokurorluğa şikayət edilən Gülbadə Abdullayeva isə qanunları tapdalayaraq özünün qanunsuz fəaliyyəti ilə məşğuldur.

Aldığımız məlumata görə Gülbadə Abdullayeva qanunsuz fəaliyyət göstərməsi üçün özünə hüquq mühafizə orqanlarında himayədar tapıb. Maraqlıdır, sabah Dr Gülü hansısa bir pasiyentə bu və ya digər şəkildə zərər versə, o zaman onun himayədarları bu saxta doktorla eyni məsuliyyəti daşımayacaqlarmı? Ümumiyyətlə saxta doktorlara himayədarlıq edənlər özlərinin mənıvi və hüquqi məsuliyyətlərindən xəbərdardırlarmı? Axı hansı yolla olursa olsun, pul qazanmaq şirin olsa da, həmişə məsuliyyətdən yayınmaq olmur. Bunu həm saxta Dr Gülü, həm də onu himayə edənlər başa düşməlidir.

İnanmaq istəyirik ki, aidiyyatı qurumlar və hüquq mühafizə orqanları tibbi fəaliyyət göstərmək səlahiyyəti olmadan vətəndaşları sosial şəbəkələr vasitəsilə aldadaraq liposaksiya bədən şəkilləndirmə əməliyyatları aparan Gülbadə Abdullayeva ilə bağlı qanuni tədbir görəcəklər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay