Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda avtobus sürücüsü sərnişini boğmağa çalışıb

Bakıda 44 yaşlı avtobus sürücüsü sərnişini boğmağa çalışıb...

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. 76 saylı marşrut üzrə hərəkətdə olan avtobus dayanacağa daxil olub. Həmin vaxt dayanacaqda avtobus gözləyən sərnişinlərdən biri sürücüyə gec gəldiyi üçün irad tutub. Sürücünün sərnişinə kobud cavab verməsi nəticəsində aralarında mübahisə yaranıb. Mübahisə zamanı sürücü sərnişinin ailə üzvlərini təhqir edib. Daha sonra sürücü sərnişini oturacaqdan qaldıraraq boğazından yapışıb və boğmağa çalışıb. Sərnişinlər onları ayırıblar.

Zərərçəkmiş sərnişin hadisə ilə bağlı polisə məlumat verib.

Sabunçu Rayon Məhkəməsində iş üzrə məhkəmə prosesi keçirilib və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə sürücüyə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası təyin edilib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay