ABŞ-ın aparıcı nəşrlərindən biri idda edir ki, İlon Mask 2022-ci ildən bəri Putinlə müntəzəm əlaqə saxlayır...
Amerikalı milyarder İlon Maskın Rusiya prezidenti Vladimir Putinlə “müntəzəm əlaqə” saxladığı iddia edilir.
Poliqon xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
“Dünyanın ən varlı adamı və ABŞ-ın kosmos tədqiqatlarının sütunu olan İlon Mask 2022-ci ilin sonundan etibarən Rusiya prezidenti Vladimir Putinlə müntəzəm əlaqə saxlayır”, deyə nəşr yazır.
Nəşr qeyd edir ki, iddia edilən təmaslar Qərbdəki bir neçə indiki və keçmiş məmur tərəfindən təsdiqlənib.
WSJ həmçinin iddia edir ki, Putin və Mask arasında söhbətlərin mövzuları arasında Tayvan məsələsi də olub.
“Bir dəfə Putin milyarderdən Çin lideri Si Tszinpinə xeyir-dua olaraq Tayvan üzərindən Starlink peyk internet xidmətini aktivləşdirməməyi xahiş edib”, deyə qəzet yazır.
Qeyd olunur ki, bu təmaslar həm də hazırkı administrasiyanın bəzi üzvləri arasında potensial milli təhlükəsizlik narahatlıqları yaradıb. Çünki Mask ABŞ ordusu və kəşfiyyat orqanları ilə dərin işgüzar əlaqələri olan biridir. Həmçinin Mask Amerikanın ən gizli kosmik proqramları haqda ətraflı məlumata sahib olan şəxsdir.
Poliqon.info