Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Ağazadə: “Tik Tok”un Azərbaycan seqmenti televiziya kanallarından və onun verilişlərindən daha ciddidir”

“Biri ərini qoyub qaçır, o biri arvadını qoyub qaçır, birinin beş arvadı, o birinin üç arvadı çıxır. Televiziya kanallarında bu tipli məsələlər ortaya qoyulduqca nəticə etibarilə boşanmaların da sayı artır, insanlar fərqli tərbiyə görürlər. Hamı bu proseslərə müsbət baxmır axı, mənfi dərs götürənlər də var. Bu gün gənclərimizin ailə qurmalarına da, boşanmalarına da, qadın-kişi münasibətlərinə də, çox təəssüf ki, belə elementlərin təsiri hədsiz çoxdur, mənfi tendensiyalar var. Hazırda Azərbaycan televiziyasının “Tik Tok”dan heç nə ilə fərqi yoxdur. Təəssüf ki, “Tik Tok”un Azərbaycan seqmenti televiziya kanallarından və onun verilişlərindən daha ciddidir. Televiziya məkanını izləyirəm, çünki cəmiyyətin ümumi halnı görmək siyasətçi kimi vəzifəmdir. Efir məkanlarımızın halı heç birimizi məmnun etmir...”

Poliqon xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə “Express Xəbərlər”ə müsahibəsində deyib.

“Əsas səbəb budur ki, reytinqləri müəyyən edən xarici şirkətlər Azərbaycanın gələcəyini yox, televiziyaların reklamlarını düşünürlər, yaxud cari strategiyanı ortaya qoyurlar. Bu strategiyanın içində milli mental dəyərlər, millətin gələcəyi, tərbiyələndirmə nəzərə alınmır. Əksinə, bu strategiya üçüncü dövlətlərin - Azərbaycanda marağı olan dövlətlərin sifarişlərini yerinə yetirir. Azərbaycan tipli ölkələrdə bu tipli sifarişlərin yerinə yetirilməsi nəticədə cəmiyyət içində çox böyük düşüncə qarşıdurması yaradır. Bu, ölkə üçün ciddi fəsad, problem yaradacaq. Hakimiyyət buna dərhal əl qoymalı, televiziyalar üçün strategiya hazırlamalıdır. İnsanlar niyə belə tipli verilişlərlə məşğul edilməlidir? Başa düşürəm, ciddi mövzular qoyacaqlar, baxılmayacaq, reytinq zəif olacaq. Amma zaman keçdikcə öyrəşəcəklər, vərdiş yaranacaq. Bunun səbəbi ötən 30 ilin məğlubiyyəti idi. Məğlubiyyətdən, problemlərdən insanları qaçırtdılar ki, insanların başı əyləncəyə qarışsın, problemlər yada düşməsin. İndi ki problemlər bütövlüklə həll edilib. Ermənistan-Azərbaycan münqişəsi də, Qarabağ da, qaçqınlıq da sona çatıb. Artıq televiziya ciddi və maarifləndirici məkana çevrilməlidir. Əyləncəsinin içində belə maarifləndirici elementlər kifayət qədər ciddi olmalıdır. Əslində televiziyalarımızda bu tipli proqramların olması gənc nəslin təlim-tərbiyəsində, ailə dəyərlərində, mental xüsusiyyətlərində özünü göstərir. Niyə televiziyalarımız hər gün boşananları, bir-birinə xəyanət edənləri göstərməlidir? Niyə televiziyalar hər gün elə nümunələr ortaya qoyulmalıdır ki, sanki insanlara o cür örnək olmalıdır?” - İ.Ağazadə qeyd bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar