Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və İran arasında hərbi əməkdaşlığın artması Azərbaycan üçün təhlükədir?

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, Rusiya və İran arasında hərbi əməkdaşlığın artması İranın qonşuları üçün təhlükə yaradır...

Politoloq: “Əslində, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin sözlərində həqiqət var. Rusiyaİran arasındakı hərbi əməkdaşlığın artması region ölkələr üçün müəyyən riskləri özündə ehtiva edir”.

“Burada konkret məsələni Azərbaycan üzərinə fokuslamaq elə də, uğurlu olmazdı”.

Bu sözləri politoloq Turan Rzayev Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsünün Rusiya-İran hərbi əməkdaşlığı ilə bağlı dediklərini Poliqon-a şərh edərkən qeyd edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Rusiyaİran arasında hərbi əməkdaşlığın artması həm Ukrayna, həm də İranın qonşuları üçün təhlükə yaradır. Con Kirbinin bu sözləri müzakirələrə səbəb olub. Onun qonşu ölkələr deyəndə kimi nəzərdə tutduğu da müəmmalı qalıb.

Bəs Rusiyaİran arasında hərbi əməkdaşlığın artması Azərbaycan üçün təhlükədir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Con Kirbi İranın qonşuları deyəndə geniş məfhum nəzərdə tutur. Biz burada Pakistanı da nəzərə ala bilərik”.

Azərbaycanla bağlı risklərin olduğunu qeyd edən politoloq Rusiya tərəfinin İranın təhdidlərinə qarşı Azərbaycana qarşı çıxacağını inanmadığını bildirib:

“Əslində, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin sözlərində həqiqət var. Rusiyaİran arasındakı hərbi əməkdaşlığın artması region ölkələr üçün müəyyən riskləri özündə ehtiva edir. Əlbəttə ki, bu risklərin ən böyük payı Ukraynanın üzərinə düşür. Çünki Rusiyanın Ukraynada məğlub olmasına baxmayaraq müharibənin birinci mərhələsində Moskvanın zəif tərəfi pilotsuz uçuş aparatlarının olmaması idi. Daha doğrusu Rusiyanın pilotsuz uçuş aparatlarının Ukraynadakı kimi olmaması idi. Düzdür, indi də elə bir xüsusi fərq yoxdur. Amma ən azından İran pilotsuz uçuş aparatları Rusiya ordusunu təmin edib və bu fərq müəyyən mənada aradan qaldırılıb.

Rusiya-İran hərbi əməkdaşlığının regionda hansı ölkəyə təsir edəcəyi məsələsi barədə deyə bilərəm ki, İranın sərhədi deyilməsi əslində, nisbi anlayışdır. Prinsip etibarilə Gürcüstan, Ermənistan, Azərbaycan da İranla sərhəd ölkəsi sayılır. Burada mümkündür ki, əsasən, Cənubi Qafqaz ölkələrindən söhbət gedir. Daha çox da ErmənistanAzərbaycan üzərinə fokuslanmaq olar. Düzdür, hazırda Azərbaycanla Rusiya arasında xüsusi gərginlik yoxdur. Hətta, İran-Azərbaycan gərginliyi fonunda Rusiya İrana dəfələrlə xəbərdarlıq edib. Çünki İranın Cənubi Qafqaza müdaxiləsi, proseslərdə aktiv iştirak etmək cəhdləri Rusiyanın maraqlarına uyğun deyil.

İndiki məqamda Rusiya Cənubi Qafqazda iki dövlətdən narazıdır. Bunlar, Gürcüstan və Ermənistandır. İran isə indiki məqamda Azərbaycandan narahatdır.

Turan Rzayev: “Hətta, İran-Azərbaycan gərginliyi fonunda Rusiya İrana dəfələrlə xəbərdarlıq edib”.

Azərbaycan Ermənistan kimi Rusiya üçün forpost, Gürcüstan kimi də birmənalı Qərb yönümlü ölkə deyil. Azərbaycan maraqları çərçivəsində Qərblə təmaslar qurur, əməkdaşlıq edir. Xüsusilə də bu, daha çox iqtisadi sahədə aparılır. Eyni qaydada biz Rusiyanın da maraqlarını nəzərə alırıq. Misal üçün biz Ukrayna müharibədən açıq tərəf tutmuruq. Doğrudur, Azərbaycan bu müharibənin işğalçı müharibə olduğunu qeyd edir. Amma bu o demək deyil ki, Azərbaycan Rusiya faktorunu yaddan çıxarır. Azərbaycan Rusiya ilə bağlı heç bir koalisiyada, sanksiyada, blokda iştirak etmirik. Bununla da Azərbaycan balans siyasətini qorumağa çalışır.

Bənzər situasiyanı biz ABŞ-la da yaşayırıq. Baxın Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinə görə Vaşinqtonda, Brüsseldə görüşlər oldu. Növbəti görüş də Moskvada olacaq. Yəni, Azərbaycan bu məsələlərdə hər zaman balansı və reallıqları düşünür, nəzərə alır. Bu baxımdan mən İran-Rusiya məsələsinin Azərbaycana birbaşa təsirinin olacağını düşünmürəm.

Turan Rzayev: “Rusiyanın maraqları müxtəlif məsələlərdə İranla üst-üstə düşür. Amma Azərbaycan məsələsinə İranın qarışmasını Rusiya tərəfi qəbul etmir”.

Əksinə, dediyim kimi, Rusiya İran təzyiqləri fonunda Azərbaycanı müdafiə edir. Biz adətən ön planda Türkiyəni görürük. Bu da danılmaz faktdır. Türkiyə bütün məsələlərdə bizə dəstəkdir və əməkdaşlıq edirik. Amma İranın təzyiqləri fonunda Azərbaycana ən çox dəstək verən ölkələrdən biri məhz Rusiya olub. Demək olar ki, Rusiya özü İranı bloklayır. Rusiyanın maraqları müxtəlif məsələlərdə İranla üst-üstə düşür. Amma Azərbaycan məsələsinə İranın qarışmasını Rusiya tərəfi qəbul etmir.

Düşünürəm ki, Con Kirbi İranın qonşuları deyəndə geniş məvhum nəzərdə tutur. Biz burada Pakistanı da nəzərə ala bilərik. Çünki Pakistanda ABŞ-ın ciddi şəkildə maraqları var. Eyni zamanda Pakistanın ətrafında İran-Hindistan-Rusiya bloku var. Əslinə qalsa, bu da ciddi bir məqamdır.

Burada konkret məsələni Azərbaycan üzərinə fokuslamaq elə də, uğurlu olmazdı. Təbii ki, Azərbaycanla bağlı risklərin olduğunu qeyd etmək lazımdır. Amma inanmıram ki, Rusiya tərəfi İranın təhdidlərinə qarşı Azərbaycana qarşı Tehranın yanında olsun. Məlumdur ki, Rusiya Cənubi Qafqazı arxa baxçası olaraq görür və xüsusilə də, Azərbaycan kimi bir ölkənin hansısa bir bloka, yaxud da gücün yanına itələnməsinə razı ola bilməz. Çünki Azərbaycan xüsusi problemli ölkə deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar