Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllim maaşı ikiqat artsa, nə dəyişəcək? - Keçmiş nazir

Məktəblərdə müəllimə, şagirdə, təlim-tərbiyəyə yaraşmayan halların yaşanması məyusedici vəziyyətdir. Bu hallar sosial mediada daha geniş yayılaraq, təhsilə hörməti aşağı salır.

Poliqon axar.az-a istinadən bildirir ki, bu sözləri sabiq təhsil naziri Misir Mərdanov "Demədi Demə" Yutub kanalının "Qara-qırmızı" layihəsində qonaq olarkən deyib.

O bildirib ki, cəmiyyətdə müəllimə münasibət dəyişib:

"Daha çox vəzifədə olan adamlar müəllim peşəsi ilə digər peşələri fərqləndirmirlər. Ancaq bu, belə deyil. Əsl müəllim mühazirəsinə 3-4 gün artist kimi güzgünün qarşısında hazırlaşmalıdır. Onun əməyi auditoriyada keçirdiyi saatlardan daha çox evdə peşəsinə etdiyi yatırımıdır. Bu keyfiyyətlərə sahib ola bilməyən müəllimin nə valideynlər, nə də cəmiyyət qarşısında hörməti olacaq. Onun nüfuzunun qalxması, yaxud düşməsinin əsas səbəbkarı elə müəllimin özüdür. Müəllim açıq deməlidir ki, sənin uşağın burada idi, mən onu addım-addım buraya gətirdim. Bizim cəmiyyətdə peşəsinin vurğunu olan insana həmişə tələbat və hörmət olub".

O, müəllimlərin maaşının yüksəksəldilməsi məsələsinə də toxunub:

"Müəllimin maaşının yüksək olması yerində edilən bir tələbdir. Ancaq əmin deyiləm ki, müəllimin maaşı 2 dəfə artsa, keyfiyyətinə bir o qədər təsir edəcək. Elə sahələr olub ki, maaşların bir neçə dəfə artmasına baxmayaraq, nəticə elə həminki olub".

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay