Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov: Oğurluq Avropalıları qanındadır...

Rusiya XİN rəhbəri dondurulmuş aktivlərin müsadirəsi müzakirələri fonunda Qərbi sərt tənqid edib...

Poliqon xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Dövlət Teleradio media korporasiyasına müsahibəsində Avropa ölkələrinin davranışını kəskin tənqid edib və bildirib ki, Rusiya aktivləri ilə bağlı vəziyyət bir çox avropalılarda oğurluğa meylin dərin köklərə malik olduğunu göstərir.

“Oğurluğun avropalıların qanında olması faktını biz dondurulmuş Rusiya aktivləri nümunəsində açıq şəkildə görürük”, deyə Lavrov bildirib.

Nazir diqqətə çatdırıb ki, oxşar vəziyyət təkcə Rusiya ilə bağlı deyil. Onun sözlərinə görə, İranın, Venesuelanın və bir sıra digər ölkələrin də aktivlərinin Qərb tərəfindən qismən dondurulması bu siyasətin sistemli xarakter daşıdığını sübut edir. “Görünür, oğurluğa bu cür meyl bizim qərbli ‘həmkarlarımızın’ bir çoxuna genetik olaraq xasdır”, deyə Rusiya XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, dekabrın 15-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya “reparasiya krediti” ayrılması məsələsinin müzakirəsinin çətin getdiyini etiraf edib. O qeyd edib ki, Aİ-yə üzv ölkələrin razılığa gəlməsi üçün hələ bir neçə gün vaxt var.

Bundan əvvəl, dekabrın 9-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropanın Rusiya aktivlərini müsadirə edəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini bəyan etmişdi. Kreml nümayəndəsi prezident Vladimir Putinin bu məsələyə Rusiya hökumətinin də cəlb olunduğunu xatırlatmış və artıq cavab addımlarının necə atılacağına dair anlayışın formalaşdığını bildirmişdi.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay