Gürcüstan parlamentinin üzvləri fiziki və hüquqi şəxslərin hökumətin razılığı olmadan beynəlxalq təşkilatlardan qrant almasını qadağan edən düzəlişləri üçüncü və yekun oxunuşda qəbul ediblər...
Poliqon xəbər verir ki, təşəbbüsü 80 deputat dəstəkləyib və heç kim onun əleyhinə çıxış etməyib.
“Xarici agentlər haqqında” və “Siyasi təşkilatlar haqqında” qanunlara dəyişikliklər istisna olaraq sürətləndirilmiş qaydada qəbul edilib.
“Qərb donor təşkilatları nifrət nitqini inkişaf etdirən, ölkədə inqilab həyata keçirməyə çalışan radikal anti-hökumət qruplarını maliyyələşdirir və “Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açırlar”, deyə parlamentin spikeri Şalva Papuaşvili dəyişikliyi izah edib.
Qrant ayrılmasına icazə almaq üçün beynəlxalq təşkilatlar Gürcüstan hökuməti yanında Korrupsiyaya Qarşı Mübarizə Bürosuna müraciət etməli olacaqlar. Müraciətə on gün ərzində baxılacaq. Hökumətin razılığı olmadan beynəlxalq təşkilatdan maliyyə dəstəyi aldıqda, Gürcüstan vətəndaşları qrantın iki misli miqdarında cərimə ediləcəklər.
Dəyişikliklər beynəlxalq idman təşkilatlarına, xaricdə təhsil və ya elmi iş üçün ayrılan qrantlara şamil edilmir.
100-ə yaxın gürcü QHT-si artıq bu qanunu “gürcü xalqının əsarət altına alınması və təzyiqi aktı” adlandırıb və xəbərdarlıq edib ki, daha bir Rusiya qanununun müddəalarını həyata keçirmək niyyətində deyillər.
Poliqon.info