Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada 1,8 min illik xəzinə tapılıb - Kənd evinin altında 90 kq-a yaxın Roma sikkəsi aşkarlanıb

Üç qədim amforadakı on minlərlə sikkə gec Roma Qal­liyasında maliyyə həyatına dair nadir məlumat təqdim edir…

Poliqon xəbər verir ki, Fransanın şimal-şərqindəki Senon kəndində INRAP arxeoloqları son illərin ən möhtəşəm arxeoloji tapıntılarından birinə rast gəliblər. Yaşayış evinin döşəməsinin altında gizlədilmiş üç qədim gil qab, amfora üzə çıxarılıb və onların ikisi minlərlə Roma sikkəsi ilə dolu olub.

Tədqiqatçılar bildirirlər ki, birinci qabın içində təxminən 38 kiloqram, yəni 23–24 min ədəd sikkə olub. İkinci amforadan isə 50 kiloqrama yaxın, 18–19 min ədəd sikkə tapılıb. Üçüncü amfora isə qədim dövrdə götürüldüyündən oradan yalnız üç sikkə qalıb.

Aşkar edilmiş sikkələr eramızın 280–310-cu illəri arasında dövriyyəyə buraxılıb. Onların arasında “Qalyya imperiyası” adlanan qısaömürlü siyasi qurumun hökmdarları, imperator Viktorinus, Tetrik I və Tetrik II-nin təsvirləri olan nadir nümunələr də mövcuddur.

Arxeoloqların sözlərinə görə, amforaların birbaşa evin içində, üzü yuxarı, boğaz hissəsi döşəmənin səviyyəsində qalacaq şəkildə basdırılması həmin qabların “gizlədilmiş xəzinə” deyil, qədim insanların gündəlik yığım və qənaət vasitəsi olduğunu göstərir. Yəni ev sahibləri bu qabları təhlükə anında tələsik gizlətməyib, əksinə, uzunmüddətli maliyyə ehtiyatı kimi istifadə ediblər.

Alimlər vurğulayırlar ki, bu bölgədə təxminən 30 belə sikkə tapıntısı məlum olsa da, Senondakı kəşfin dəyəri yalnız miqyasından ibarət deyil. Tapıntının məhz ev daxilində və xüsusi şəkildə saxlanması gec Roma Gal­liyasının məişəti, maliyyə davranışları və ev təsərrüfatının təşkili barədə son dərəcə nadir məlumat verir.

Araşdırmalar davam edir və ekspedisiya üzvləri hesab edirlər ki, bu xəzinə təkcə bölgə arxeologiyası deyil, həm də Roma imperiyasının iqtisadi tarixi üçün mühüm mənbələrdən birinə çevriləcək.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay