Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan parlamentinin sədri Marqarita Simonyanı təhqir edib

Ermənistan parlamentinin sədri Alen Simonyan RT telekanalının baş redaktoru Marqarita Simonyanı təhqir edib...

APA xəbər verir ki, Alen Simonyan özünün “Telegram” kanalında Marqarita Simonyanı çirkin məxluq adlandırıb? onu Ermənistanın suveren işlərinə qarışmaqda ittiham edib.

Spiker "yan"la bitən soyadından başqa Marqarita Simonyanın Ermənistan və erməni xalqı ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

“O, Ermənistan rəhbərliyini təhqir edir, insanları ölkəmizdə mitinqə, hakimiyyəti devirməyə çağırır. Və yalan yayır, eyni zamanda, ölkəni və insanları təhdid edir. Məsələn, mövcud olmayan sənəd haqqında naməlum qəzetin mövcud olmayan müəlliflərinə istinad edərək başqa bir yalan yayır”, - Alen Simonyan qeyd edib.

Erməni spiker vurğulayıb ki, Marqarita Simonyan “daha bir qızıl medal uğrunda mübarizə aparır” və əlavə edib ki, bu, Ermənistana qarşı hibrid müharibənin daha bir təzahürüdür.

Alen Simonyan Ermənistanda tezliklə seçkilərin keçiriləcəyini xatırladaraq bu cür hücumların davamlı olacağına diqqət çəkib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay