Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan əsir əsgərimizə işgəncə verməklə Azərbaycana hansı mesajları ötürdü?

Rəsmi Bakı bu mesajlardan hansı nəticələr çıxarmalıdır?...

Politoloq: “Son dövrlər Ermənistan Hindistan və İrandan aldığı silahlarla çalışır ki, Azərbaycana güc göstərsin”.

“Təbbi ki, Rusiya da Ermənistana istər siyasi, istərsə də hərbi dəstək verir. Üstəlik, ABŞ və Fransanın da Yerəvana siyasi dəstəyi var”.

Bu sözləri politoloq Əhəd Məmmədli əsir düşən əsgərlərimizə işgəncə verməklə Ermənistanın Azərbaycana və bütün dünyaya ötürdüyü mesajları Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi son günlərdə Ermənistanla Azərbaycan arasında münasibətlər yenidən gərginləşib. Sərhəddə baş verən təxribat, İrəvanda bayrağımızın yandırılması və Ermənistanda hərbiçilərimizin həbs edilməsi, təhlükəsizliyini təmin edə bilməməsi təsadüfdürmü? Eyni zamanda dumanlı şəraitdə yolu azan əsgərimizin əsir götürülərək ona işgəncə verilməsi və sonra da həbs edilməsi fonunda Ermənistanın Azərbaycana və bütün dünyaya ötürdüyü mesajlar nələrdir. Azərbaycan bu mesajlardan hansı nəticələr çıxarmalıdır?

Son günlərdə Azərbaycan və Ermənistan arasında baş verən hadisələri Poliqon-un əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Prezident istər Ermənistana, istərsə də onu himayə edən ölkələrə mesajlar verdi”.

Ermənistanın yeni çıxan dişlərini qırmağın lazım olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, ermənilərin cavabları layiqincə verilməyəndə, onlar Azərbaycana qarşı təxribat həyata keçirməkdə davam edirlər:

“Son dövrlər Ermənistan Hindistan və İrandan aldığı silahlarla çalışır ki, Azərbaycana güc göstərsin. Sərhəddə baş verən son təxribat əminliklə demək olar ki, Ermənistanın Azərbaycana qarşı provokasiyası idi. Təəssüf deyil ki, təxribat baş verən andan Ermənistan Azərbaycan hərbiçilərinə qarşı İran dronlarından istifadə etməyə başladı.

Ermənistanın bir neçə ölkə tərəfindən silahlanması hamıya məlumdur. Təbbi ki, Rusiya da Ermənistana istər siyasi, istərsə də hərbi dəstək verir. Üstəlik, ABŞ və Fransanın da Yerəvana siyasi dəstəyi var. Neons Pelosinin Ermənistana səfər etməsini Yerəvan ciddi siqnal kimi qəbul etdi. Ermənistanın indi də bütün bu siyasi gedişlərdən ürəklənib Azərbaycana qarşı çıxırlar.

Amma dünən Azərbaycan prezidentinin bu məsələlərə toxunması da yerində oldu. Prezident istər Ermənistana, istərsə də onu himayə edən ölkələrə mesajlar verdi. Düşünürəm ki, Ermənistanın yeni çıxan dişlərini qırmaq lazımdır. Çünki ermənilərin cavabları layiqincə verilməyəndə, onlar Azərbaycana qarşı təxribat həyata keçirməkdə davam edirlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay