Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfər edən xarici media nümayəndələrinin İçərişəhərə mütəmadi səfərləri baş tutub...

Qədim şəhərdə keçirilən mediaturlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd olunan turlar, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan İçərişəhərin zəngin mədəni-tarixi irsi ilə bağlı qonaqları məlumatlandırmaq, mətbuat nümayəndələrinə Azərbaycanın geniş turizm potensialının əhəmiyyətini vurğulamaq, eyni zamanda COP29 çərçivəsində Azərbaycan mədəniyyətinin və irsinin beynəlxalq aləmdə tanıdılmasına töhfə vermək məqsədi daşıyıb.

Mediaturlar Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin heykəlinin təqdim edilməsi ilə başlayıb, bu vasitə ilə ölkəmizdə mətbuatın zəngin və dərin köklərə malik olduğu diqqətə çatdırılıb. Dünyanın müxtəlif ölkələrindən COP29 tədbirinə gəlmiş jurnalistlər Bakının rəmzi sayılan Qız Qalası, eləcə də, Şirvanşahlar Sarayı, Sıratağlı Dini-Memarlıq Kompleksi, Bakı Xanlarının Saray Kompleksi, Yeraltı hamam kimi İçərişəhərin nadir tarixi memarlıq abidələri ilə yaxından tanış olublar. Qonaqlara, həmçinin, bərpa işləri, tarixi-memarlıq abidələrinin qorunması və turizm məqsədilə istifadəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Daha sonra mediaturların iştirakçıları "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzinin sərgi salonunda nümayiş olunan miniatür, təzhib, sədəfkəsmə, batika, zərgərlik və digər qədim sənətkarlıq nümunələri ilə tanış olaraq, Azərbaycan milli incəsənətinin incəlikləri barədə məlumat alıblar.

Bu təşəbbüslər, Azərbaycanın mədəni irsinin dünya miqyasında daha geniş tanınmasına, həmçinin ölkənin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətindəki səylərinin beynəlxalq aləmə təqdim edilməsinə xidmət edir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay