Avropa Parlamentinin (AP) üzvləri Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı sanksiyaları davam etdirməyə çağırmaq niyyətindədirlər...
Poliqon xəbər verir ki, bu barədə bu barədə Rusiyanın "Kommersant" qəzeti yazıb.
Xüsusilə, AP Rusiyanın qalıq yanacaqlarının və LNG-nin Aİ-yə idxalına tam embarqo qoyulmasında israrlıdır.
"AP Rusiya üçün xüsusi iqtisadi əhəmiyyət kəsb edən sektorlara (metallurgiya, nüvə, kimya, kənd təsərrüfatı), eləcə də alüminium, polad məmulatları, uran, titan və nikel kimi Rusiya xammalına qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırır", deyə hazırlanmış qətnamələrin birində deyilir.
Avropa Parlamenti bu gün, noyabrın 28-də keçiriləcək plenar iclasda sənədlərə səs verəcək. AP-nin xarici siyasət məsələləri üzrə qətnamələri məsləhət xarakteri daşıyır və Aİ-də məcburi deyil.
Reuters-in məlumatına görə, hazırda müzakirə olunan 15-ci sanksiyalar paketi Rusiya neftini daşıyan tankerlərə, eləcə də Moskva üçün pilotsuz təyyarələr istehsal edən Çin şirkətlərinə qarşı yönələcək. Məhdudiyyətlərin bu ilin sonuna kimi təsdiqlənməsi gözlənilir.
Poliqon.info