Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədova məxsus daha bir mülkdə yanğın


Sabiq nazirin “milyonerlər məhəlləsi”ndəki villası alovlandı; yaxınları isə “Yanan obyektin ona aidiyyəti” yoxdur deyir


Sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu bildirilən villada yanğın meydana gəlib. Hadisə Bakıda, “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə qeydə alınıb.

Qafqazinfo” əməkdaşı  Teymur Əliyev küçəsində yerləşən villanın olduğu əraziyə gedib, orada toplaşan şahidlər yanan mülkün sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğunu deyiblər. Yanğının qarşısının alınması üçün  4 yanğınsöndürən maşın cəlb olunub.

Yanğının elektrik şitində başladığı və böyüyərək geniş ərazini əhatə etməsi haqda məlumatlar var.Villanın mühafizəçiləri bildirib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb və yanğının qarşısı qısa müddətdə alınıb. Bundan əvvəl də Ziya Məmmədovun mülklərində yanğın olub. Ötən ilin fevralında İsmayıllı rayonun Buynuz kəndində Ziya Məmmədova məxsus malikanə yanmışdı. Həmin vaxt Ziya Məmmədovun yaxınları villanın ona məxsus olmadığını iddia edirdilər. Deyirdilər ki, yanan malikanə  Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğluna məxsusdur. Həmin vaxt ümumi sahəsi 144 kvadratmetr olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalara birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Belə ki, kənddə meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb. Yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş vermişdi.

Villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğlu telefonla zəng edərək yanğın barədə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib. Daha sonra məlum olub ki, yanğın baş verən malikanə faktiki olaraq Ziya Məmmədova məxsusdur. Formal olaraq gözətçi Bədirov Rəsul Zöhrab oğlunun adınadır.

Ziya Məmmədovun Bakıdakı villasında yanğından sonra da sabiq nazirin yaxınlarının mövqeyi fərqli olmayıb. Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədov Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanan villanın qardaşına aid olmasını inkar edib.

O, axar.az-a “Yanan villanın Ziya Məmmədovla heç bir əlaqəsi yoxdur” - deyə bildirib.  

Keçmiş deputat qeyd edib ki, Ziya Məmmədovun həmin ərazidə, ümumiyyətlə, villası yoxdur: “Yanan mülk də ailəmizə məxsus deyil. Mən heç kəsə arzulamazdım ki, kiminsə evi, mülkü, villası yansın. Bu artıq neçənci dəfədir ki, Ziya Məmmədovun adı bu cür olayda hallandırılır. Çox istərdim ki, media bu cür ucuz qara piara inanmasın”.

FHN Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən verilən məlumatda isə Teymur Əliyev küçəsində yerləşən villaların yaxınlığındakı ərazidə mülk yox, obyektdə yanğın hadisəsi qeydə alındığı bildirilib. Məlumata görə, səhər saatlarında həmin ərazidə yanğınla bağlı zəng daxil olub və hadisə yerinə gedən yanğınsöndürənlər yanğının qarşısını alıblar. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Ən çox oxunanalar