Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Fərəcovun Sumqayıtdakı biznes imperiyası - Bəs bu qədər sərvətin mənbəyi nədir?..

Zakir Fərəcovun 15 illik icra başçısı olduğu müddətdə topladığı sərvətin miqyasına baxarsaq, onun qeyri rəsmi milyarder olduğu ortaya çıxır...

Bloqqer Həbib Müntəzir sosial şəbəkədə Sumqayıtın icra başçısı Zakir Fərəcovun 15 illik icra baçısı vəzifəsində fəaliyyəti müddətində topladığı sərvət haqqında məlumat dərc edib. Yayımlanan sərvətin miqyasına baxarsaq, Zakir Fərəcovu qeyri-rəsmi milyarder adlandırmaq mümkündür. Əlbəttə ki, bütün bunlar Zakirin Fərəcovun sərvətinin hamısı deyil. Bəs bu qədər sərvətin mənbəyi nədir? Azərbaycanın dövlət büdcəsimi?.

PİA.az bloqqer Həbib Müntəzirin “Facebook” sosial şəbəkəsində yayımladığı və Zakir Fərəcova aid olduğu iddia edilən mal və mülkkərin siyahısını təqdim edir:

“Zakir Fərəcov Sumqayıta gələndən rəsmi sərəncamlarla 50 milyondan çox vəsait ayrılıb. Halbuki bu qədər pula, yeni şəhər salmaq olardı. Bəs bu qədər pul haralara gedib, kimin və kimlərin ciblərinə axıb? Buyurun, Fərəcovlar ailəsinin biznes imperiyası ilə tanış olun:

Restoran və obyektlər

Sumqayıtda “Şahənə” şadıq sarayı;

Novxanıda dəniz kənarında “Kalyon” restoranı;

Yeni Bulvar ərazisində “Dəniz”restoranı;

Sumqayıtın girişində OS- OİL;

Sumqayıtda “İSTf” petrol (50% onundur);

Sumqayıtda “Səda Storef”;

13-cü mikr-da “Qold Qayalıf” super ticarət şəbəkəsi (50% şərik);

Sumqayıt bulvarına bitişik yaşayış massivi;

Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı;

Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı;

Türkiyədə eyni, “NORF” markalı içkilərin istehsalı;

Qızının idarə etdiyi “UVENTA” gözəllik salonu, eyni adlı estetik mərkəzi;

“Kimyaçılarf” sarayı qarşısındakı "Zəfəran" restoranı;

Mənzil və villalar

Qurd dərəsi və Novxanı bağlarında 6 villası;

Corat kəndində 1 villası;

️İzmirin Kuşadasında villası;

Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil;

Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil;

Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa;

Novxanıda hektarlarla bağ sahəsi;

Zakir həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.

Şirkətlər

“Əsnayə MMC” şirkəti (kürəkəni Əkrəmindir);

“LC-2008 MMC” şirkəti (kürəkəni Müşviqindir);

“RAMİL-2000” Fərdi Firması (kürəkəni Müşviqindir);

“Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur).

Qohumlar

Qardaşı millət vəkili Nazim Fərəcov;

Oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcov;

Bacısı oğlu Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov. (Belində silahla fırlanır);

Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənov;

Bacısı oğlu Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Həsənov;

Qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə;

Qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı;

Kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı;

Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə eks nümayəndəsi Cəmil Quliyev. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub;

Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev;

Qardaşının qudası “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov;

Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov biznesmendir. “NORF” adlı içkilər buraxır, Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.

Bunlar Sumqayıt icra hakimiyyətindəki mənbələrə istinadən sadəcə mənə məlum olanlardır. Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəsisələri, torpaq sahələri, mağazalar şəbəkəsi milyonlarla manata ölçülür”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar