Bazar ertəsi, 29 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevgeni Fyodorov-"Vəziyyəti qızışdıran İrəvan deyil"

"Ümumiyyətlə, bunu etmək üçün onlarda beyin yoxdur” - RF Dövlət Dumasından şərh

Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verdikdən dərhal sonra Roma Əsasnaməsinin ratifikasiyasını təsdiqləyən Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Rusiyada müzakirə fırtınasına səbəb olub.

Xatırladaq ki, Roma Əsasnaməsi BCM-in əsasında fəaliyyət göstərən sənəddir. Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsində təsbit edilmiş öhdəliklərin “Ermənistan konstitusiyasına zidd olmadığını, qərarın mübahisə predmeti olmadığını və qanuni qüvvəyə mindiyini” qəbul edib. Eyni zamanda, 2004-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsinin Ermənistan Konstitusiyasına zidd olduğunu hesab edib.

Vəziyyəti Oxu.Az-a Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov şərh edib.

- Sizcə, Ermənistan niyə belə demarş etdi?

- Bu, elə dediyiniz kimi, siyasi, proqnozlaşdırılabilən demarşdır. Bu onunla bağlıdır ki, münasibətlər sistemi postsovet məkanında da mürəkkəbləşir. Ermənistanda da belə olacağını proqnozlaşdırırdıq. Mən bu barədə dəfələrlə danışmışam.

Yenə də vəziyyət tam aydın deyil. Ermənistan hər kəsi - istər fransız jandarmlarını, istərsə də alman polislərini - qarşısına çıxanı bölgəyə dəvət edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı İrəvandan demarşlar oldu, indi də Roma Əsasnaməsilə bağlı Konstitusiya Məhkəməsinin qərarı. Sonra nə olacaq? İrəvanda nəyə ümid edirlər?

- Postsovet dövlətləri ilə əvvəldən yanlış münasibətlər strategiyası yaradılıb. O, 1991-ci ilin qanunsuz qərarlarına əsaslanır. Nəticədə Ukrayna müharibəsi, 2008-ci ildə Gürcüstan müharibəsi və s. oldu. Bu minvalla keçmiş SSRİ-nin bütün respublikaları arasında qarşılıqlı münasibətlərdə neqativ artacaq.

- Axı İrəvanın hərəkətlərində də bir məntiq olmalıdır...

- Vəziyyəti qızışdıran İrəvan deyil, ümumiyyətlə, orada bunu etməyə beyin yoxdur. Ermənistan ABŞ-nin postsovet məkanında proyeksiyasıdır. Birqütblü dünyada bəzi ölkələr ya Birləşmiş Ştatların siyasətini izləyir, ya da öz siyasətlərini həyata keçirə bilərlər, lakin bu, resurslar və güc tələb edir. Ermənistanın isə təbii ki, belə resursları yoxdur. Bu ölkə çıxılmaz geosiyasi vəziyyətdədir. Onun dənizə çıxışı yoxdur, o, dost olmadığı ölkələrlə əhatə olunub. Amma buna baxmayaraq, dediyim kimi, ABŞ-nin Ermənistanda proyeksiyası fəaliyyətdədir.

(Nair Əliyev)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rasim Balayev aldığı 28500 manatı nəyə xərcləyəcək?

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb

Sinan Oğan: Uduzan terrora bağlı olanlar və onlara güvənənlər oldu...

Alimlər bunu da bacardı - Bəşəriyyəti xilas edən kəşf

Azərbaycanlı deputat Ərdoğanın qələbəsinə görə qurban kəsəcək? - Video

Azərbaycanlı müğənninin canlı efirdə halı pisləşdi – Video

Tədbirə gedən məktəb direktoru qəzada öldü - Foto

Kütləvi dron hücumundan sonra Ukraynada son vəziyyət necədir? - Video

Azərbaycanda zavodun fəaliyyəti nöqsanlara görə dayandırıldı - Foto

Prezident və birinci xanım taekvondo üzrə dünya çempionatının açılış mərasimində izləyiblıər - Yenilənib

Bakıda vandalizm faktı: Tarixi binaya müdaxilə edildi - Foto

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı + Foto

Ən çox oxunanalar