Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni dövrün beş bayrağı: supervarlılar sərhədləri və vergi rejimlərini necə öz xeyrinə istifadə edir

Qlobal sərvət axını güclənir, dövlətlər isə yeni mobil elita ilə rəqabət aparmağa məcbur qalır…

Poliqon xəbər verir ki, The Times nəşri qlobal miqyasda milyonerlərin ölkələrini dəyişmə tendensiyasının rekord həddə çatdığını yazır. Təkcə 2024–2025-ci illər ərzində təxminən 142 min milyonerin başqa ölkəyə köçdüyü bildirilir. Məqalədə bu prosesin tarixi kökləri, müasir dinamikası və “beş bayraq nəzəriyyəsi”nin formalaşması geniş izah edilir.

Üç bayraqdan beş bayrağa: varlıların dövlətlərdən müstəqillik axtarışı...

1960-cı illərdə amerikalı maliyyə məsləhətçisi Harri Şults varlı müştərilərinə riskləri bölmək üçün üç addım tövsiyə edirdi: ikinci pasport almaq, ofşor ünvan qeydiyyatdan keçirmək və aktivləri ölkə xaricində saxlamaq. Bu, “üç bayraq nəzəriyyəsi” adlanırdı.

Bu gün isə qlobal sərvət idarəçiliyi daha mürəkkəbdir. “Beş bayraq nəzəriyyəsi” aşağıdakı istiqamətləri əhatə edir:

pasport (vətəndaşlıq),
vergi rezidentliyi,
biznesin yerləşdiyi ölkə,
aktivlərin saxlandığı yurisdiksiya,
daimi yaşayış ölkəsi.

İdeya eynidir: sərvəti bir ölkənin nəzarətindən çıxarmaq və siyasi-iqtisadi riskləri bölmək.

Niyə supervarlılar ölkələrini dəyişir?

Henley & Partners-in məlumatına əsasən, varlı şəxslər artıq tək “təhlükəsiz liman” axtarmır, onlar müxtəlif ölkələrdə parçalanmış, amma koordinasiya olunmuş həyat modeli qururlar.

Əsas səbəblər:

sərtləşən vergi siyasəti,
kapitala nəzarətin artması,
siyasi risklərdən qorunma,
daha əlverişli tənzimləmə mühiti.

Bu fonda Böyük Britaniya 2024-cü ildə 16 500 milyoneri itirib. Bu, dünya üzrə ən böyük “sərvət axını” hesab olunur.

İkinci pasport: azadlıq və vergi üstünlükləri...

İkinci vətəndaşlıq artıq lüks deyil, strateji alətdir. Ən populyar seçimlər:

Malta

€700 000 investisiya ilə tez əldə olunan Aİ pasportu.

Ölkəyə gətirilən gəlir 15% vergi ilə, ölkə xaricində qalan gəlir isə ümumiyyətlə vergiyə cəlb olunmur.

İsveçrə

Lump-sum taxation sistemi – vergi gəlirə deyil, şəxsi xərclərə əsaslanır.

İspaniya

“Bekhem Qanunu” sayəsində yüksək gəlirli mütəxəssislər üçün cəlbedici vergi mühiti.

İtaliya

Qlobal gəlirə düz vergi: əvvəl 100 000 €, sonra 200 000 €, 2025-dən 300 000 €.
SİNQAPUR və MALAYZİYA

Ərazi vergitutması sistemi; lakin vətəndaşlıq yalnız uzun illər yaşayışdan sonra verilir və ikili vətəndaşlıq qadağandır.

Harada daha az vergi ödənilir?

Dünyada vergilər əsasən rezidentliyə bağlıdır, vətəndaşlığa yox. İstisnalar: ABŞ və Eritreya — burada vətəndaş harada yaşamasından asılı olmayaraq qlobal gəlirə görə vergi ödəyir.

Ən populyar “vergi bayrağı” - BƏƏ

gəlir vergisi yoxdur;
2 milyon dirhəmlik daşınmaz əmlakla rezidentlik verilə bilər;
Dubay və Əbu-Dabi qlobal maliyyə mərkəzinə çevrilir.

Biznes üçün ən sərfəli yurisdiksiyalar

Supervarlılar təkcə şəxsi vergiləri deyil, biznes mühitini də optimallaşdırır:

BVI (Britaniya Virgin adaları) – kripto şirkətləri üçün dünyanın ən çox seçilən korporativ mərkəzi; kapital və gəlir vergisi yoxdur.

Kaymanlar və Bermud – rəqəmsal aktivlər və investisiya fondları üçün ideal.

Lüksemburq və Kaymanlar – böyük fond sənayesinin qlobal liderləri.

Kipr – 12,5% korporativ vergi, Aİ bazarına çıxış.

Gürcüstan və Honq-Konq – sadə qeydiyyat, qlobal bankçılıq, əlverişli vergi rejimi.

Gürcüstanın qeyri-paylanmış mənfəətə vergi tətbiq etməməsi onu startaplar üçün xüsusilə cəlbedici edir.

Bankların sığınacağı: sərvətin gizli marşrutları...

Ən etibarlı bank mərkəzləri yenə də Şveytsariya və Sinqapur hesab olunur. Lakin ABŞ tənzimləyicilərinin təzyiqləri nəticəsində bəzilərinin aktivləri Asiyaya yönəlib.

Avropada Cersi və Nорманд adaları məxfilik, hüquqi sabitlik və yüksək servis keyfiyyətinə görə populyardır.

Yaşayış ölkəsi: yalnız vergi deyil, gündəlik rahatlıq...

Varlı şəxslər üçün:

iqlim,
təhlükəsizlik,
həyat keyfiyyəti,
xidmətlərin qiyməti
artıq vergi qədər vacib amildir.

Məsələn, Taylandda ƏDV cəmi 7%-dir və ümumi yaşayış xərcləri çox aşağıdır.

Britaniyalıların köçmək üçün əsas motivləri isə bunlardır:

yüksək vergi yükü,
növbəti vergi artımı qorxusu,
miras vergisi,
təhlükəsizlik və iqlim.

Beş bayraq artıq təkcə supervarlılar üçün deyil

Bu model sürətlə genişlənir.

İndi freelancerlər, sahibkarlar, rəqəmsal köçərilər də bu strategiyanı tətbiq edir.

Dövlətlər isə rəqabəti artıraraq rəqəmsal nomad vizaları, sadələşdirilmiş VÖEN və VНЖ qaydaları, vergi güzəştləri təklif edir.

Beynəlxalq rəqəmsal xidmətlərə kriptovalyuta saxlama, xarici bulud platformaları, fərdi məlumatların ofşorda yerləşdirilməsi tələbat da sürətlə artır.

Nəticədə supervarlılar müxtəlif vergi, korporativ və rezidentlik rejimlərini birləşdirərək qobal miqyasda riskləri minimuma endirən şəxsi ekosistem yaradırlar. Dövlətlər isə qaydaları sərtləşdirdikcə, “beş bayraq nəzəriyyəsi” təkcə varlılar üçün strategiya deyil, həm də yeni qlobal həyat tərzinə çevrilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay