Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaxın zamanlarda Qarabağ erməni icması Bakıda danışlara oturacaq” - Politoloq

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə növbəti dəfə Bakıya dəvət edib...

Samir Hümbətov: “Qarabağ erməniləri üzərində çox ciddi basqılar var. Ruslar mümkün qədər çalışır ki, onları Azərbaycandan izolyasiya etsinlər”.

“Yaxın müddət ərzində Qarabağ erməni icmasının Azərbaycanın şərtlərini qəbul edib, inteqrasiya məsələlərini sürətləndirə bilərlər”.

Bu sözləri politoloq Samir Hümbətov Azərbaycan hökumətinin Qatabağ erməniləri növbəti dəfə Bakıya dəvət etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə növbəti dəfə Bakıya dəvət edib.

PA-nın ermənilərə yeni dəvətinin ermənilər tərəfindən qəbul olunması az inandırıcı görünsə də, belə bir görüşün məhz Bakıda baş tutması mümkün görünürmü? Ümumiyyətlə, Moskva və İrəvanda sülh prosesi ilə bağlı kontruktiv dəyişikliklər baş verə bilər?

Azərbaycan və Qarabağ erməniləri arasında baş verən prosesləri Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Gec ya da tez Qarabağ erməni icması Azərbaycanla danışara oturacaq”.

Biz nə qədər Qarabağ icması ilə əlaqələrimizi möhkəmləndirməyəcəyik, o qədər də digər tərəflər bu məsələdə aktivliklərini qoruyub saxlayacaqlarını dünən politoloq əlavə edib ki, onlar Qarabağ erməni icmasının Azərbaycanla birbaşa əlaqələr qurmasına imkan verməyəcəklər:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 13 martda ermənilərə təqdim etdiyi təklif əslində bir başlanğıc idi. Yəni Qarabağda yaşayan erməni icmasının Azərbaycana inteqrasiyası prosesində işləri asanlaşdırmaq istəyirdi. Azərbaycan ermənilərə çatdırmaq istəyirdi ki, vətəndaşlarımız olandan sonra onlara öz vətəndaşları kimi bütün hüquqları tanıyacaq.

Azərbaycan hökumətinin ermənilərə belə açıq şəkildə təklifi bir jest kimi də dəyərləndirilə bilər. Amma məsələnin birinci tərəfi var ki, bunu Qarabağ erməniləri və orada yaşayan seperatçılar, eyni zamanda Ermənistanın indiki hökuməti bu təklifi qəbul edə bilərmi? Təbii ki, indiki mərhələdə Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası o qədər də asan məsələ deyil. Çünki onlara bir tərəfdən də rus hərbiçilərilərinin basqısı var. Yəni Rusiyanın Qarabağ erməniləri üzərində çox ciddi basqıları var. Ruslar mümkün qədər çalışır ki, onları Azərbaycandan izolyasiya etsinlər. Həmçinin ruslar çalışırlar ki, Qarabağ erməniləri azərbaycanlılar təmasda olmasınlar. Çünki nə qədər Qarabağ erməniləri və Qarabağ icması ilə Azərbaycanın təması çoxalacaqsa, Rusiyanın təsiri o qədər azalacaq.

İkinci tərəfi isə odur ki, Ermənistanın manevr etmək imkanları azalacaq. Əgər Qarabağ erməniləri ilə Azərbaycan arasında əlaqələr möhkəmlənəcəksə, Ermənistanın bir növ əlindəki imkanları itirməyə başlayacaq.

Buna görə düşünürəm ki, hələ Qarabağ icmasının tam şəkildə Azərbaycanla birbaşa təmasa keçməməsinə baxmayaraq, yaxın müddət ərzində Qarabağ erməni icmasının Azərbaycanın şərtlərini qəbul edib, inteqrasiyası məsələlərini sürətləndirə bilərlər. Düzdür, buna Rusiyadan, Fransadan, Ermənistandan mane olacaqlar. Amma bu maneələr olacaq deyə Azərbaycan oturub gözləyən deyil.

Samir Hümbətov: “Nə Moskvdan, nə də İrəvandan konstruktiv sülh danışıqları addımları gözləmirəm”.

Əslində Azərbaycan bu işlərə daha əvvəldən başlamalı idi. Çünki biz nə qədər ki, Qarabağ icması ilə əlaqələrimizi möhkəmləndirməyəcəyik, o qədər də digər tərəflər bu məsələdə aktivliklərini qoruyub saxlayacaqlar. Onlar Qarabağ erməni icmasının Azərbaycanla birbaşa əlaqələr qurmasına imkan verməyəcəklər. Bu baxımdan düşünürəm ki, bu önəmli məsələdir və addımlar atmalıyıq.

Amma nə Moskvdan, nə də İrəvandan konstruktiv sülh danışıqları addımları gözləmirəm. Çünki bu prosesi 30 ildir belə də aparılar. Həm Moskva, həm İrəvan mümkün qədər çalışırlar ki, danışıqlar proseslərini zərbə altına qoysunlar.

Azərbaycan da bu məsələdə əlindən gələni edir. Çünki ərazi bizim ərazidir. Beynəlxalq hüquqla da həmin ərazilər Azərbaycanın ərazisi olaraq tanınır. Bilirik ki, gec ya da tez Qarabağ erməni icması Azərbaycanla danışara oturacaq. Nəzərə alınmalıdır ki, Xankəndidə keçirilən aksiyada sonra ermənilərin oraya silah-sursat daşıması imkanları məhduddur. Bu da ona imkan verəcək ki, yaxın zamanlarda Qarabağ erməni icması Azərbaycanla danışlara otursun”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar