Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xırdalanda 55 yaşlı kişi xanım həkimlərə qənim kəsildi

Xırdalanda 55 yaşlı kişi həkimlərə qənim kəsilib. O, bir neçə gün ərzində üç fərqli xəstəxanada həkimlərin pulunu və telefonunu oğurlayıb...

Poliqon Musavat.com-a istinadən xəbər verir ki, daha əvvəl də oğurluğa görə məhkumluq həyatı yaşamış Sədrəddin Əliyev (ad şərtidir) müayinə üçün Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron Rayon Mərkəzi Xəstəxanasına gedib. Xəstəxanada bir az gəzdikdən sonra ilk fürsətdə həkim-kardioloqun otağından ona məxsus çantanı oğurlayıb. Çantada nağd pul və kartlar olub. S.Əliyev 450 manat nağd pulunu götürərək kartları zibil qutusuna atıb.

S.Əliyev daha sonra yenidən Abşeron Rayon Mərkəzi xəstəxanasına gedib. Orada qeydiyyat şöbəsində çalışan xanımın mobil telefonunu oğurlayaraq 50 manata satıb.

Bir neçə gün sonra isə Xırdalanda yerləşən klinikalardan birində işləyən mədə-bağırsaq həkiminin otağından ona məxsus pul kisəsini oğurlayıb. Həkimin 650 manat nağd pulunu ələ keçirib. S.Əliyev klinikanın qarşısında dayanan zaman bir xanıma uşaq arabasını aparmaq üçün kömək edib. Klinikaya daxil olan S.Əliyev bir az orada gəzdikdən sonra qapısı açıq olan otağa daxil olaraq həkimin pul kisəsini götürüb.
Əməllərini etiraf edən S.Əliyev xəstə olduğu üçün bu yola əl atdığını deyib. O, bağışlanmasını istəyib. S.Əliyev törətdiyi əməllərə görə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay