Bazar ertəsi, 29 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xaş-xaş-2022” əməliyyatı davam edir: Külli miqdarda narkotik tərkibli bitki aşkarlandı - Foto

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı Qax rayonunun Uzuntala kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 3130 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Araşdırmalarla onun rayonun Çiyni kənd sakini Abid Mahmudov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zaman fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı A.Mahmudov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Ucar RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəxs də saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Hüseynov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluqla yetişdirilən çətənə bitkiləri və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rasim Balayev aldığı 28500 manatı nəyə xərcləyəcək?

Alimlər bunu da bacardı - Bəşəriyyəti xilas edən kəşf

Azərbaycanlı deputat Ərdoğanın qələbəsinə görə qurban kəsəcək? - Video

Azərbaycanlı müğənninin canlı efirdə halı pisləşdi – Video

Tədbirə gedən məktəb direktoru qəzada öldü - Foto

Kütləvi dron hücumundan sonra Ukraynada son vəziyyət necədir? - Video

Prezident və birinci xanım taekvondo üzrə dünya çempionatının açılış mərasimində izləyiblıər - Yenilənib

Azərbaycanda zavodun fəaliyyəti nöqsanlara görə dayandırıldı - Foto

Yasamal Bələdiyyəsi sədrinin keçmişi ilə parlaq karyerası arasında nə kimi təzadlar var...

Bakıda vandalizm faktı: Tarixi binaya müdaxilə edildi - Foto

Xaricdə yaşayan türkiyəlilər Ərdoğana daha çox hansı ölkələrdən səs veriblər?

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı + Foto

Ən çox oxunanalar