Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndində fövqəladə vəziyyət elan edilib

Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi şəhərində su qıtlığı kritik həddə çatıb və qondarma rejim şəhərdə fövqəladə vəziyyət tətbiq edib. Bu haqda erməni KİV-ləri bildirir.

Qarabağdakı “Su və kanalizasiya” şirkətinin direktoru Qaqik Poqosyan deyib ki, şəhərin 30 faizindən çoxunda su yoxdur, sakinləri su ilə təchiz etmək üçün 5 sudaşıyan maşın ayrılıb və onlar gecə-gündüz işləyirlər. Poqosyan su qıtlığının səbəbini 40 gündür Xankəndinə yağış yağmaması və havanın temperaturunun 30 dərəcədən aşağı düşməməsi ilə izah edir.

Üstəlik bildirir ki, şəhərdə yaşayanların sayı 10-15 min qaçqının hesabına artıb. Və bu məqamda separatçı rejimin su və kanalizasiya işlərinə cavabdeh məmuru Xankəndində yaşayanların sayı barədə reallığa uyğun olmayan rəqəmlər səsləndirib: “Yəni müharibəyə qədər şəhərdə 60-61 min adam yaşayırdısa indi 75 min adam yaşayır. Təbii ki, su istehlakı da artıb. Nəticədə xaotik vəziyyət yaranıb”.

Poqosyan deyib ki, şəhərdə sovet dövründən qalma artezian quyularını tapıb işə salırlar, artıq iki belə quyu işə salınıb.

O, şəhərdə su qıtlığında hansısa formada Azərbaycanın əli ola biləcəyini təkzib edib. “Biz yağışları gözləyirik”,-o bildirib.

Xankəndini içməli su ilə təchiz edən üç çaydan ikisinin suyu yarıbayarı azalıb, üçüncüsü isə ümumiyyətlə quruyub. Bildirilir ki, əvvəllər də yayda şəhərdə su ilə bağlı problem olurdu, amma belə vəziyyət görünməmişdi.

Erməni mənbələrinin digər məlumatına görə, Əsgəran şəhərinin qondarma "meri" sakinlərə müraciət edərək Xankəndinə su daşımaq üçün 5-6 litrlik boş su qabları toplamağı xahiş edib. (virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar