Bazar ertəsi, 29 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

www.yolumuzqarabaga.az portalı istifadəyə verilib

İşğaldan azad olunan torpaqlara səfərlərin təşkil edilməsi məqsədilə yaradılan www.yolumuzqarabaga.az portalı texniki olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanıb.

"ASAN xidmət"dən verilən xəbərə görə, portalın məqsədi səfərlər üçün bilet alışının asanlaşdırılması, vətəndaşların səfərlərinin rahat və təhlükəsiz şəkildə həyata keçirilməsidir. Portal vasitəsilə bilet sifarişini 3 addımda reallaşdırmaq mümkündür: Portala giriş, biletin seçimi və ödəniş. Portaldan istifadə isə bağlı daha ətraflı məlumatla təlimat videosunda tanış olmaq mümkündür - https://youtu.be/P9HUckzr9ZE

Vətəndaşın aldığı bilet haqqında məlumat onun şəxsi kabinetində görünəcək. Həmçinin bilet haqqında məlumat portalda qeyd edilən mobil nömrəyə SMS-lə göndərilir. Biletinin pdf forması isə vətəndaşın portalda qeyd etdiyi e-mail ünvanına göndərilir.

Biletin üzərində QR kod yerləşdirilib. QR kod vasitəsilə vətəndaşın aidiyyati məntəqələrdə biletinin yoxlanışı daha operativ şəkildə həyata keçiriləcək.

Səfərlər yalnız COVID-19 pasportlarına (vaksin, immunitet və ya əks göstəriş sertifikatları) malik vətəndaşlar üçün mümkün olacaq. Habelə səfərlər Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, həmçinin Qarabağ müharibəsi əlilləri üçün ödənişsiz olacaq. Bu istiqamətdə yoxlamalar vətəndaşların rahatlığı üçün elə sistem üzərindən real vaxt rejimində yoxlanacaq.

Yoxlama www.yolumuzqarabaga.az portalına aidiyyati qurumların sistemlərinin inteqrasiya olunması sayəsində baş tutacaq, beləliklə, vətəndaşlar bu istiqamətdə əlavə yoxlamalardan azad olacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb

Rasim Balayev aldığı 28500 manatı nəyə xərcləyəcək?

Sinan Oğan: Uduzan terrora bağlı olanlar və onlara güvənənlər oldu...

Alimlər bunu da bacardı - Bəşəriyyəti xilas edən kəşf

Azərbaycanlı deputat Ərdoğanın qələbəsinə görə qurban kəsəcək? - Video

Azərbaycanlı müğənninin canlı efirdə halı pisləşdi – Video

Tədbirə gedən məktəb direktoru qəzada öldü - Foto

Putin Rəcəb Tayyip Ərdoğanı qələbə münasibəti ilə təbrik edib

Kütləvi dron hücumundan sonra Ukraynada son vəziyyət necədir? - Video

Azərbaycanda zavodun fəaliyyəti nöqsanlara görə dayandırıldı - Foto

Bakıda vandalizm faktı: Tarixi binaya müdaxilə edildi - Foto

Prezident və birinci xanım taekvondo üzrə dünya çempionatının açılış mərasimində izləyiblıər - Yenilənib

Ən çox oxunanalar