Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WSJ: Ukrayna ilə Rusiya arasında münaqişəni sülh yolu ilə mümkün deyil…

Nəşr hesab edir ki, Krıma görə Rusiya və Ukrayna arasında hərbi münaqişənin sülh yolu ilə həlli demək olar ki, mümkün deyil…

PİA.az xəbər verir ki, The Wall Street Journal (WSJ) yazır ki, Krımın statusu məsələsinə görə Rusiya və Ukrayna arasında hərbi münaqişənin sülh yolu ilə həlli demək olar ki, mümkün deyil. Qəzet qeyd edib ki, “yarımada uğrunda mübarizə daha qanlı və daha geniş miqyaslı müharibə olmadan həll olunacağını təsəvvür etmək çətindir”.

Məqalədə qeyd olunur ki, hər iki tərəfin Krım məsələsində güzəştə getməkdən imtina etməsi münaqişəni illərlə davam edən qarşıdurmaya çevirmək təhlükəsi yaradır. WSJ qeyd edir ki, bu, İsrail və Fələstin, Türkiyə və kürdlər, eləcə də ErmənistanAzərbaycan arasında Dağlıq Qarabağ uğrunda uzun sürən müharibələrə bənzəyəcək.

Kembric Universitetinin Ukraynaşünaslıq fakültəsinin dosenti Rori Finnin hesab edir ki, Krımla bağlı MoskvaKiyev arasında kompromis əldə etmək mümkün deyil.

“Ukraynanın 2014-cü ildən sonra status-kvoya qayıtması fikri axmaqlıqdır. Təsəvvür etmək çətindir ki, ukraynalılar bu ərazidən imtina etməkdən məmnun olacaqlar. Bunun milyonlarla insandan imtina etmək demək olduğunu deyə bilərik. Belə bir imtinanın mənəvi və geosiyasi riskləri də ciddidir”, deyə ekspert gələcək müharibəni proqnozlaşdırıb.

Londondakı Chatham House Siyasət İnstitutunun baş elmi işçisi Nikolay Petrovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Krımdan imtina edəcəyinə “heç söhbət belə gedə bilməz”. Tədqiqatçının fikrincə, 2021-ci ilin avqustunda “Krım Platforması”nın (Krımın Ukraynaya qaytarılmasına yönəlmiş beynəlxalq platforma) yaradılması rus qoşunların Ukraynaya daxil olması üçün “tətikləyici” amillərdən biri oldu.

“Qərbin Ukraynaya bu kartı oynamağa icazə verməsi çox təhlükəli oyunu başlatdı. Sonda bu, bu müharibəyə səbəb oldu, deyə Petrov fikrini yekunlaşdırıb.

Carnegie Europe analitiki Qven dolin Zasse isə hesab edir ki, "Rusiyanın imperiya proyeksiyasının böyük hissəsi, onun təməlinin bütün mifi Krımda cəmlənib”.

Kiyev Krımı necə qaytarmaq niyyətindədir

Ukrayna rəsmiləri, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə Kiyevin Krımın qaytarılmasına çalışacağını bildirib. Eyni zamanda, Zelenski yarımadanın Ukraynanın nəzarəti altına və qeyri-hərbi yolla qaytarılmasına razı olduğunu bildirib. Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak noyabrın sonunda altı aydan sonra Ukraynanın Krımı qartaracağına söz verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Krımın qaytarılması ilə bağlı sözlərini şərh edərkən deyib ki, yarımadanın Ukraynaya verilməsindən “söhbət belə gedə bilməz”. Bununla yanaşı, Kreml sözçüsü qeyd edib ki, Ukrayna ordusunun Krım və Sevastopola hücum riskləri qalır və Moskva onların aradan qaldırılması üçün tədbirlər görür.

Ukrayna Kəşfiyyat İdarəsinin (UKİ) rəhbəri Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ildə Krımı işğaldan azad etmək üçün hücuma keçəcəyini proqnozlaşdırıb. Öz növbəsində Ukraynanın desant-hücum qüvvələrinin keçmiş komandanı Mixail Zabrodski The Economist-ə bildirib ki, Kiyev 2023-cü ilə qədər yarımadanın öz nəzarətinə qaytarılması üçün hərbi əməliyyat hazırlayır. Zabrodski qeyd edib ki, hücumdan əvvəl Ukrayna Silahlı Qüvvələri “qalib gəlmək üçün” çoxlu sayda döyüşlərdə iştirak etməli olacaq.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş kapitanı Andrey Rıjenko iddia edib ki, Ukraynanın Krımda hərbi əməliyyat keçirməsinə ehtiyac yoxdur, çünki bu, “qan gölü” ilə yekunlaşacaq.

Ukrayna prezidentinin Krımdakı nümayəndəsinin müavini Tamila Taşeva isə bildirib ki, 2014-cü ildən sonra Krıma köçən ruslar Ukrayna keçid məntəqələrindən yarımadaya daxil olmadıqları üçün deportasiya ilə üzləşəcəklər.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar