Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Kərəmov: "Mənim üçün əhəmiyyətli döyüşdür, qələbəyə inanıram"

"Bu qarşılaşma mənim üçün çox əhəmiyyətlidir. Qələbə qazanacağıma inanıram".

Bunu "Report"a açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov "Rizin 41" turnirində Yaponiya təmsilçisi Yoşinori Horieyə qarşı keçirəcəyi görüşlə bağlı danışarkən deyib.

66 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı artıq üç aydır ki, bu duelə hazırlaşdığını bildirib: "İki ay əvvəl rəqibim müəyyənləşdi. Onu yaxşı analiz etmişik. Bu dueldə qələbə qazandıqdan sonra kəmər uğrunda döyüşəcəyəm. Yaponiya idmançısını yaxşı tanıyıram, görüşlərini izləmişəm. Qarşılaşmaya da yaxşı hazırlaşdığımı düşünürəm. Rizində 4 qələbəm var. Ümid edirəm ki, bu, 5-ci olacaq".

Kərəmov gələcəkdə UFC-də və ya digər təşkilatlarda çıxış etmək ehtimalı barədə danışıb: "Rizinlə üç döyüşlük, ilin sonunadək müqaviləm var. Sözləşməm bitəndən sonra karyeramı harada davam etdirəcəyimlə bağlı qərar verəcəyik. Hələlik bu barədə dəqiq söz deyə bilməyəcəyəm".

Qeyd edək ki, Vüqar Kərəmov və Yoşinori Horie arasındakı döyüş aprelin 1-də Yaponiyanın Osaka şəhərində səhər saatlarında baş tutacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar