Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vladimir Putin və Alina Kabaeva harada yaşayır?

Prezident Putininin tanışlarından biri deyib ki, bu gizlilikdən yalnız FMX-nın yüksək rütbəli zabitləri xəbərdardır...

2008-ci ildə “Moskovski Korrespondent” qəzetinin Vladimir Putinlə gimnast Alina Kabayevanın münasibətindən yazmasından təxminən 15 il keçir. Bu müddət ərzində onların münasibətləri, birgə uşaqları (doğum illəri və yeri məlumdur) haqqında çoxlu məlumatlar dərc olunub. Ancaq nəşrlərin heç birində, bəlkə də əsas suala cavab yox idi - əgər Putin və Kabaeva birlikdədirlərsə, harada yaşayırlar.

Poliqon.info xəbər verir ki, bu suala “Проект” nəşrinin yeni araşdırması cavab verir. Nəşrin məlumatına görə cütlüyün birgə yaşadıqları yer Putinin Valday iqamətgahıdır.

Araşdırma zamanı “Проект” ən azı on keçmiş və indiki yüksək vəzifəli məmurla danışıb və onların hamısı etiraf ediblər ki, Putin və Kabayevanı nəinki ictimai yerlərdə, həm də özəl tədbirlərdə və görüşlərdə heç vaxt bir yerdə görməyiblər. Dəfələrlə Putinin Soçidə xizək tətilinin şahidi olan tanınmış iş adamı etiraf edir ki, prezident heç vaxt həyat yoldaşını ora aparmayıb. Eyni zamanda, “Проект”in həmsöhbətlərindən heç biri Putinlə Kabayeva arasında əlaqənin mövcudluğuna şübhə etməyib.

Prezidentin tanışlarından biri deyib ki, bu gizlilikdən yalnız FMX-nın yüksək rütbəli zabitləri xəbərdardır. Alina Kabayevanı əhatəsində olan qadınların sosial şəbəkələrdə yerləşdirdiyi fotolar, həmçinin peykdən çəkilmiş görüntülər məxfilik pərdəsini qaldırmağa imkan verib.

Bu fotolardan biri 2019-cu il mayın 9-da Moskvada, Qırmızı Meydanda çəkilib. Onun üzərində mama-ginekoloq Natalia Tiebo, tibb bacısı Stella Gisela və neonatoloq Petra Katerina Maria Donati-Genet var. İsveçrənin Luqanoda yerləşən Elit Anna klinikasının həkimləri Qələbə Paradının adi qonaqlarının daxil olmasına icazə verilməyən Mavzoleyin yanındakı VİP stenddə poza verirlər. Halbuki həmin yerə ancaq ancaq Kremldən gələn xüsusi dəvətlə buraxılırlar. İsveçrəli tibb personalı Alina Kabaevanın doğuşlarını aldıqlarına görə belə bir şərəfə layiq görülə bilərdilər. Sankt-Anna klinikasının işi ilə tanış olan mənbə bildirib ki, 2019-cu ildə Moskvada hamı bu doğum haqqında danışıb.

Sosial şəbəkələrdə yayılan fotolar göstərir ki, Kabayevanı tez-tez ictimai tədbirlərdə Yekaterina Qolovaçeva və Olesya Fedina bacıları, həmçinin Yuliya və Anna Nazarova bacıları və Yelena Yerxan müşayiət edir. Dəmiryolu bileti sifarişlərinin sızdırılmış məlumat bazasını araşdırdıqdan sonra “Проект” belə qənatə gəlib ki, bu beş qadının hamısı mütəmadi olaraq Valdaya gedir. Onlar dəfələrlə Okulovka və Uqlovka stansiyalarına bilet alıblar - bunlar Putinin Valday iqamətgahından ən yaxın stansiyalardır.

2020-ci ildə Putin iqamətgahından 800 metr aralıda 1200 kvadratmetr sahəsi olan taxta evin tikintisinə başlanılıb. Peyk görüntülərinə görə, həmin ərazidə iki il ərzində ayrı-ayrı malikanələr peyda olub. Onların xüsusi olaraq Kabayeva üçün tikildiyini prezident iqamətgahının tənzimləməsi ilə tanış olan həmsöhbətimiz anonimlik şərti ilə “Проект”ə bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar