Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesuela ABŞ-yə əməkdaşlıq və birgə inkişaf çağırışı edib

Delsi Rodriges Trampa müraciət edərək onlar üçün əməkdaşlığın prioritet olduğunu bildirib...

Venesuela hakimiyyəti ABŞ-yə əməkdaşlıq və birgə inkişafı hədəfləyən münasibətlər təklif edib.

Poliqon xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti dövlət başçısı vəzifəsini icra edən Delsi Rodriges ABŞ prezidenti Donald Trampa ünvanladığı müraciətdə bildirib.

Rodriges Telegram kanalında yazıb ki, Venesuela xarici təhdidlər olmadan, qarşılıqlı hörmət və beynəlxalq əməkdaşlıq şəraitində yaşamaq niyyətindədir. Onun sözlərinə görə, qlobal sülh hər şeydən əvvəl hər bir dövlətin təhlükəsizliyinin təmin olunmasından keçir. Müvəqqəti dövlət başçısı vurğulayıb ki, Venesuela sülh, inkişaf, suverenlik və gələcək hüququna malikdir.

Delsi Rodriges bildirib ki, ABŞ ilə Venesuela arasında balanslı və hörmətə əsaslanan beynəlxalq münasibətlərin qurulması prioritet hesab olunur. Onun fikrincə, bu yanaşma iki ölkə arasında uzunmüddətli sabitliyə və qarşılıqlı faydaya xidmət edə bilər.

Xatırladaq ki, 3 yanvarda ABŞ qüvvələrinin Venesuela prezidenti Nikolas Maduronu və onun həyat yoldaşını ölkədən çıxarmasından sonra Ali Məhkəmə vitse-prezident Delsi Rodrigesi müvəqqəti dövlət başçısı təyin edib. ABŞ prezidenti Donald Tramp isə daha əvvəl verdiyi açıqlamada Vaşinqtonun faktiki olaraq Venesuelanı idarə etdiyini iddia etmişdi.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay