Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaşinqtonun vasitəçi olması Azərbaycan üçün daha xeyirlidir” - Hafiz Hacıyev

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün 3 saat davam etməsi tərəflərin müxtəlif məsələləri müzakirə edilməsinə işarədir...

Müasir Müsavat Partiyasının sədri: “Biz istərdik ki, Qərb Qarabağla bağlı öz mövqeyini ciddi ortaya qoysun. Əgər Qərb bu məsələdə ciddi mövqe ortaya qoysa, Moskvanın ikili oyunlarına son qoyula bilər”.

Rusiya heç vaxt istəməyəcək ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlansın və torpaqlarımız işğaldan tam azad olunsun”.

Bildiyimiz kimi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında Tiflisdə görüş keçirildi. Keçirilən ikitərəfli görüş bir ilk olsa da, istənilən nəticəni vermədi. ABŞ Dövlət katibi Entoni Blinken görüşdən sonra “Tvitter” hesabında paylaşım edərək “Ceyhun Bayramov və Ararat Mirzoyan Tiflisdə görüşərək müsbət addım atdılar”, yazdı. Bundan başqa, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında baş tutan telefon danışığı Vaşinqtonun prosesin pərdəaraxındakı ölkə olduğunu göstərir.

Aydın məsələdir ki, Vaşinqton Ermənistanla Azərbaycanı danışıqlar masasından uzlaşdırıb Kremli üstələmək istəyir.

Nazirlərin görüşünü və Vaşinqtonun Qarabağ səylərini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Əsas danışıqlar iki dövlət, Azərbaycanla Ermənistan arasında getməlidir. Bu danışıqlarda üçüncü dövlətə ehtiyac yoxdur”.

Cənab Prezidentin ötən həftə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Rusiyanın imzalarını hörmət etmədiklərini vurğuladığını xatırladan partiya sədri bildirib ki, Rusiya nəyinki öz öhdəliklərini yerinə yetirmir, heç Ermənistanın da öhdəliklərini yerinə yetirməsinə imkan vermir:

“Əsas danışıqlar iki dövlət, Azərbaycanla Ermənistan arasında getməlidir. Bu danışıqlarda üçüncü dövlətə ehtiyac yoxdur. Çünki üçüncü dövlətin danışıqlara qoşulması istər-istəməz hansısa narazılıqların olmasına gətirib çıxarır. Buna görə də biz dəfələrlə demişik ki, ikitərəfli görüşlərə üstünlük vermək lazımdır. Biz AzərbaycanErmənistan xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşünü alqışlayırıq.

Biz istərdik ki, Qərb Qarabağla bağlı öz mövqeyini ciddi ortaya qoysun. Əgər Qərb bu məsələdə ciddi mövqe ortaya qoysa, Moskvanın ikili oyunlarına son qoyula bilər. Bu günə qədər Rusiya Azərbaycana çox ikili oyunlar oynayıb. Eyni zamanda 44 günlük Vətən müharibəsində də Putinin həmləsinə görə Azərbaycan Xankəndini azad edə bilmədi. Putin onsuz da terrorçuların başında duran bir insandır. Buna görə də onlarla nə danışıqlara getmək olmaz, nə də onlara inanmaq olmaz.

Hafiz Hacıyev: “Əgər Qərb vasitəçi olacaqsa, biz Qarabağı tamamilə azad edə biləcəyik. Əks halda özümüzü aldadacağıq və yenidən müharibəyə başlamalı olacağıq”.

Yaxşı olar ki, Azərbaycan Ermənistanıa danışıqları Qərb vasitəsilə aparsın. Cənab Prezident ötən həftə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Rusiyanın imzalarını hörmət etmədiklərini vurğuladı. Rusiya nəyinki öz öhdəliklərini yerinə yetirmir, heç Ermənistanın da öhdəliklərini yerinə yetirməsinə imkan vermir.

Vaxt keçir, keçən vaxtda da erməni terrorçuları Qarabağda daha da güclənir. Vaxtın əleyhimizə işləməməsi üçün Vaşinqtonun vasitəçi olması Azərbaycan üçün daha xeyirlidir. Rusiya heç vaxt istəməyəcək ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlansın və torpaqlarımız işğaldan tam azad olunsun. Rusiyanın əsas məqsədi Azərbaycanı qarışdırmaqdır. Amma əgər Qərb vasitəçi olacaqsa, biz Qarabağı tamamilə azad edə biləcəyik. Əks halda özümüzü aldadacağıq və yenidən müharibəyə başlamalı olacağıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Ən çox oxunanalar