Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtondan Maduroya təzyiq artır

WSJ: ABŞ Venesuela liderini ölkəni tərk etməyə məcbur etmək üçün hərbi və diplomatik addımları gücləndirir..

Poliqon xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin onun istefasına nail olmaq məqsədi ilə həyata keçirdiyi “misilsiz hərbi və diplomatik təzyiqlərlə” üz-üzə qalıb. The Wall Street Journal yazır ki, Vaşinqtonun əsas məqsədi Maduronun hakimiyyətdən dinc şəkildə uzaqlaşdırılması və ölkəni tərk etməsidir. Lakin nəşrin məlumatına görə, 63 yaşlı liderin bu təklifi qəbul etməsi real görünmür.

Mənbələrin bildirdiyinə görə, Maduro və ətrafı Tramp administrasiyasının hərbi hədələrini “blef” hesab edir. Yüksək vəzifəli venesuelalı rəsmilərlə mütəmadi əlaqədə olan şəxsin sözlərinə görə, Maduro əmindir ki, ABŞ onu yalnız bir halda devrə bilər — əgər amerikalı hərbçilər Karakasa daxil olsalar. ABŞ prezidenti Donald Tramp isə bu həftə Venesuela lideri ilə danışmağa hazır olduğunu bəyan edib.

WSJ qeyd edir ki, avtoritar liderlərin bir vaxtlar lüks sürgün həyatı yaşaya bilməsi artıq keçmişdə qalıb. Qlobal mexanizmlər insan haqlarının pozulmasına görə məsuliyyətin artırılması və qanunsuz yolla əldə edilmiş vəsaitlərin izlənməsi imkanlarını genişləndirib. Bu da Maduro üçün xaricdə təhlükəsiz sığınacaq tapmaq imkanlarını xeyli məhdudlaşdırır.

Analitiklərin fikrincə, ABŞ-nin Venesuelaya qarşı genişmiqyaslı quru əməliyyatı ehtimalı çox aşağıdır. Buna görə də Maduro üçün hakimiyyətdə qalmaq, həm özünü, həm ailəsini, həm də maliyyə resurslarını qorumağın ən etibarlı yolu kimi görünür. Onun qəti xəttlə geri çəkilmək niyyətində olmadığı vurğulanır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay