Şənbə, 25 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbovun evində əməliyyat keçirildi, saxlanılan var 

Şərur Rayon Polis İdarəsinin əməkdaşları, Vasif Talıbovun Aralıq kəndindəki evində axtarış aparıb...

PİA.az xəbər verir ki, hadisə bu gün baş verib. Bu haqda "Gündəlik Naxçıvan"a kənd sakinləri məlumat verib. Vasif Talıbov istefa verdikdən sonra, doğulduğu Aralıq kəndinə köçərək, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Axtarış nəticəsində onun evində xeyli silah aşkarlandığı, evini qoruyan şəxsi mühafizəçilərinin saxlanıldığı bildirilir. Saxlananlardan biri Rövşən Talıbov isə Vasif Talıbovun əmisi nəvəsidir. Saxlanılan dgər mühafizəçisi Həsənqulu Novruzov rayonun Siyaqut kəndindəndir.

Kənd sakinləri bildirir ki, polis Talıbovların yaşadığı evə qəfil qəfil gəlib: “Kəndin giriş-çıxışı bir neçə saatlıq bağlandı. Mühafizəçiləri göz açmağa imkan verməyiblər. Vasif müəllim də evdə olub. Polislər evdə silah axtarırmışlar. Deyilənə görə, xeyli sayda müxtəlif kalibrli vinçestr silahları çıxıb. Onun mühafizəçilərinin silah gəzdirdiyini bilirdik. Ancaq evdə də silah olmasından xəbərdar deyildik. Həbs olunan mühafizəçilərin biri Vasif müəllimin əmisi oğlu Abdullanın oğludur. O, həmin evi uzun illərdir ki, mühafizə edirdi. Vasif Talıbov istefa verəndən sonra ailəsi ilə kəndə köçdü, əlavə mühafizəçilər də götürdü. Hazırda, evin həyətinə giriş-çıxış da bağlanılıb".

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR DİN-lə əlaqə saxladıq. Nazirlikdən, Şərur Rayon sakinləri Rövşən Talıbov və Həsənqulu Novruzovda qanunsuz silah aşkarlandığını təsdiq etsələr də, əlavə məlumat vermək istəmədilər.

pia.az


Etiket: Vasif Talıbov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bütün vətəndaşların piyada getdiyi parka AzTV sədri niyə maşınla gedir? – Foto

İranda zəlzələ nəticəsində 165 nəfər yaralanıb - Yenilənib, Video

Qara dəniz üzərində "Boeing" və iki qırıcı görünüb

Araik Moskvadan qayıdandan sonra: “Müharibəyə hazırlaşmaq üçün silahlanmalıyıq”

Onlar varlanmaq üçün doğulub - Ən zəngin 6 bürc

“Qalatasaray” futbol klubu: “Can Azərbaycanda zəfər deyil, səfərbərlik zamanıdır"

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

Ən çox oxunanalar