Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vardanyan erməni siyasətçilərin reytinqində az qala Paşinyana çatır…

Özünü separatçıların “dövlət naziri” elan edən Ruben Vardanyan Ermənistan xalqının seçkilərdə potensial olaraq səs verməyə hazır olduğu siyasətçilərin reytinqində ikinci yeri tutub...

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Focus) Avro-Asiya Sosioloqlarının Azad Alyansının (CAEAS Focus) keçirdiyi sosioloji sorğunun nəticələrində bildirilir. Rəy sorğusunun nəticələrinə görə, Vardanyan hazırkı Baş naziri Nikol Paşinyandan sonra ikinci yerdə qəararlaşıb.

Rəy sorğusu yanvarın 31-dən fevralın 4-dək telefonla müsahibə yolu ilə aparılıb. Ümumilikdə sorğuda 840 respondentin iştirak etdiyi bildirilir. İştirakçılardan “gələn bazar günü seçki keçirilsəydi, kimi dəstəkləyərdiz” kimi bir neçə suala cavab vermələri istənilib.

Sorğu iştirakçılarının 21,67 faizi Paşinyana, 20,36 faizi Vardanyana səs verməyə hazır olduğunu bildirib. Bu siyahıda üçüncü yerdə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan (9,17%), dördüncü yerdə parlament müxalifətinin lideri Robert Köçəryan (7,74%) qərarlaşıb.

Eyni zamanda, sorğunun nəticələrinə görə, Köçəryan və Paşinyan ən yüksək antireytinqə malikdirlər - müvafiq olaraq 67,62% və 58,1%. Respondentlərin 8,21%-i Vardanyana, 4,05%-i Tatoyana mənfi münasibət bəsləyir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar