Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşakov Uитkoffla WhatsApp üzərindən danışıb

Kreml rəsmisi sızmanı “danışıqlara etimadı sıradan çıxaran” hadisə adlandırıb…

Poliqon xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uитkoffla telefon danışığının WhatsApp vasitəsilə aparıldığını təsdiqləyib və Bloomberg-də dərc olunmuş stenogramın necə sızdırıldığına dair ehtimallarını bölüşüb. O, “Kommersant” qəzetinin xüsusi müxbiri Andrey Kolesnikova açıqlamasında bildirib ki, qapalı diplomatik kanallar üzrə aparılan danışıqlarda sızmalar praktiki olaraq baş vermir, lakin WhatsApp kimi platformalarda üçüncü tərəfin dinləməsi daha real ehtimaldır.

“Burada söhbət iştirakçılarından hansısa birinin məlumat ötürməsindən getmir. Amma əgər belə platformalardan istifadə olunursa, kimsə hansısa şəkildə dinləyə bilər”, deyə Uşakov bildirib. O əlavə edib ki, əgər tərəfdaş danışıqların məzmununu yayımlayırsa, belə əməkdaşlıq “etimadsız və perspektivsiz” olur.

“Yoxsa necə danışaq?.. Heç kim belə bir tərəfdaşla işləməz”, deyə Rusiya prezidentinin köməkçisi vurğulayıb.

Qeyd edək ki, Bloomberg-in dərc etdiyi stenogram 14 oktyabrda baş tutmuş beş dəqiqəlik telefon danışığına aiddir. Sənəddə qeyd olunurdu ki, Uитkoff və Uşakov Rusiya və ABŞ liderlərinin mümkün telefon danışığının Ukrayna münaqişəsinin həlli prosesinə necə təsir edə biləcəyini müzakirə ediblər. həmin görüşmədə Uитkoff həmçinin Putinə bir neçə tövsiyə verib, o cümlədən Trampı Qəzza sektorunda “sülhün əldə olunması” münasibətilə təbrik etmək və Zelenskinin Ağ Evinə səfərindən əvvəl ABŞ prezidentinə zəng etmək bu təkliflərin içində olub.

Söhbət zamanı tərəflər Ukrayna üzrə təxminən 20 maddəlik sülh planının mümkünlüyünü də müzakirə ediblər. Uитkoffun bu istiqamətdə aktiv tövsiyələri və Moskva ilə dostyana üslubda ünsiyyəti Vaşinqtonda və Avropada ciddi rezonans doğurmuşdu.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay